Ərəb şahzadəsini 12 il həbs gözləyir
Tarix: 12.07.2013 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


ABŞ-da yaşayan Səudiyyə Ərəbistanı şahzadəsi insan alveri və adam oğurluğunda suçlanaraq həbs edilib.
“Daily Mail” bildirir ki, Səudiyyə Ərəbistanının kral ailəsinin mənsubu, 42 yaşlı şahzadə Məşal əl Əyban ötən ilin mayında ölkəsindən qaçaraq ABŞ-a yollanıb.
Los-Anceles şəhərindən 40 km aralıdakı İrvayn şəhərində yaşamağa başlamış şahzadə Əl Əyban 5 xidmətçisinə zor tətbiq edərək ev dustağına çevirməkdə suçlanır.
Xidmətçilərdən biri, Keniya vətəndaşı olan 30 yaşlı qadının dediyinə görə, şahzadə Əl Əyban hələ Səudiyyə Ərəbistanında onun bütün sənədlərini alıb.
“Məni sutkada 18-20 saat çalışmağa vadar edirdi. Maaşımı da heç vaxt vaxtında və tam vermədi” –deyə keniyalı xidmətçi bildirib. Keniyalı qadın sonucda malikanədən qaça bilib və yol kənarında avtobusa minərək polisə yollanıb.
Kaliforniya ştatının Oranj bölgəsinin polis idarəsindən verilən məlumata görə, ərəb şahzadəsi olan qadın 4 xidmətçisini onların razılığı olmadan ABŞ-dakı evinə aparıb və bu minvalla insan alveri kimi qiymətləndirilən əmələ yol verilib.
Şahzadə əl Əybana qarşı irəli sürülmüş ittihamları məhkəmə təsdiqləyərsə, onu 12 ilədək həbs gözləyir.
İyulun 9-da İrvayndakı malikanəsində həbs olunmuş şahzadə Məşal əl Əyban 5 milyonluq pullu zəmanət müqabilində məhkəməyə qədər azadlığa buraxılıb.
Keniyalı qadınla yanaşı, ərəb şahzadənin 4 filippinli xidmətçisi də polisə şikayətlənib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info