Gəlirlərin səviyyəsi pensiyaları vaxtında maliyyələşdirməyə imkan verib
Tarix: 12.07.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin I yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “Palitra”ya verilən məlumata görə, iclasda çıxış edən DSMF sədri Səlim Müslümov deyib ki, bu ilin 6 ayında Azərbaycan öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, pensiyaçıların sosial müdafiəsi sahəsində islahat tədbirləri davam etdirilib.
Operativ məlumatlara əsasən, 2013-cü ilin birinci yarısında fondun gəlirləri proqnozun 101,9 faizi qədər, yəni 1306,6 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin birinci yarısına nisbətən 34,2 mln. manat və ya 2,7 faiz çoxdur. Cari ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin birinci yarısına nisbətən 11,9 faiz və ya 77,0 mln. manat artaraq 723,8 mln. manat təşkil edib, proqnoz 103,1 faiz icra olunub. 2013-cü ilin birinci yarısında sosial sığorta haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,8 faiz və ya 76,7 mln. manat yuxarı olmaqla proqnozun 121,4 faiz icra edildiyini göstərir. Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artıb. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261,0 mln. manat təşkil edib.
Bu ilin birinci yarısında fondun xərcləri 1 241,9 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1 219,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,3 mln. manat və ya 3,5 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin birinci yarısına nisbətən 3,5 faiz və ya 39,9 mln. manat artaraq 1 190,6 mln. manat təşkil edib. 2013-cü ilin yanvar-iyun aylarında əhaliyə 28,4 mln. manat məbləğində müavinət ödənilib. Ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1 272,1 min nəfər olub və ilkin məlumatlara görə, ilin birinci yarısında 2 min nəfər və ya 0,2 faiz azalaraq 1 iyul tarixinə 1 270,1 min nəfər təşkil edib. Səlim Müslümov qeyd edib ki, gəlirlərin səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info