Ali Murat Kırık: “Dünyanı gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur”
Tarix: 17.12.2018 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Təhrif edilmiş məlumatlar, təxribatçı çıxışlar bu gün artıq sosial mediada normal hala çevrilib. Media nümayəndələri, siyasətçilər, şou dünyasının adamları və adi vətəndaşlar bu şəbəkənin içindədirlər. Bu sistemli mənfi davranışların qarşısında hadisələrin həqiqətini açıqlamağa çalışan normal düşüncəli istifadəçilər isə sıx hücum və təhdidlərə məruz qalırlar. Bəs sosial medianın bu sərhədsiz müstəqilliyi nə zamana qədər davam edəcək və cəmiyyətə nə qədər təsir edir?
Bu istiqamətdə mövcud problemlərlə bağlı mütəxəssislər öz fikirlərini bildirirlər.
Mərmərə Universitetinin dosenti Ali Murat Kırıkın fikrincə, bu gün, sadəcə, sosial mediada deyil, ənənəvi yayım orqanlarında da manipulyasiya və dezinformasiya xəbərlərin olması aydın görünür. Xüsusilə bəzi mətbuat orqanları çox şişirdilmiş bir dildən istifadə edir və cəmiyyətə mənfi təsir göstərir. Bu səbəbdən mediada cəmiyyətin zehni sağlamlığı baxımından bəzi məhdudiyyətlər olması çox əhəmiyyətlidir.
Ekspert bildirir ki, sosial medianın Türkiyədəki terroru qızışdırdığını son yaşanan hadisələrdə görə bilmək mümkündür: “Artıq “sosial media terrorizmi” adlı bir konsepsiya ortaya çıxıb. Sosial media terroru yalnız Türkiyəni deyil, dünyanı da təhdid edir. Britaniya hökumətinin Rəqəmsal Rabitə və Kəşfiyyat İdarəsinin direktoru Robert Hannigan “Facebook” və “Twitter”i terrorizmə yardım etməkdə ittiham edib və bu şəbəkələrə sanksiyalar tətbiq ediləcəyini söyləmişdi. İstər Türkiyəni, istərsə də dünyanı gələcəkdə gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur. Xüsusilə Türkiyədə saxta hesablar və botlarla qısa müddətdə dezinformasiya yayılır və vətəndaşlar qorxu atmosferi içərisinə girirlər.
Məsələn, Taksimdə meydana gələn partlayış və Brüsseldəki terror hərəkətləri müqayisə edildikdə, sosial medianın terrorizmi qızışdırmaq və dezinformasiya təsiri aydın görünür. Taksimdə təşkil edilən hücumda vahimə yaradılmışdı və vətəndaşlar mənfi şəkildə təsirləndilər. Beləliklə, sosial media terroru məqsədinə çatmış və qorxu mühiti formalaşmışdı. Terror təşkilatları sosial media vasitəsilə qavrayış əməliyyatları aparır və informasiya çirkliliyi yaradaraq vətəndaşları qorxu mühitinə sürükləyirlər. Məqsəd həyatın dayandırılması və xaosun qanuniləşdirilməsidir. Bunun üçün, ilk növbədə “Twitter” seçilir. “Twitter”in Türkiyədə ofisinin olmaması dezinformasiya məlumatlarının bu sosial şəbəkə üzərindən daha asan yayılmasına səbəb olur. Çünki “Twitter” zəruri olmadıqca İP məlumatlarını paylaşmır. Bir çox media quruluşu da bu xəbərləri sosial media üzərindən alır və vətəndaşlara çatdırır.
Türkiyə sosial media terroru ilə mübarizədə önəmli addımlar atır”.
“Daily Sabah Centre”nin direktoru Pınar Kandemirin fikrincə, sosial medianın və internetin hər kəsin, az qala, ən böyük məşğuliyyəti halına gəldiyi “Yeni dünya”nın ən böyük açarı əlimizdəki telefonla, masamızdakı nootbukla qurmamız lazım olan əlaqənin çərçivəsidir: “Yəni internet istifadəsilə əlaqədar qanuni çərçivənin sərhədlərinin çox gec çəkilməsi, uzun zaman hüquqi infrastrukturun yaradılmaması və internetdəki anarxiyaya alışmağımız, bu gün sosial mediada işlənən cinayətlərin artıq hüquqa tabe olmasını fövqəladə bir hadisə kimi qiymətləndirməmizə yol açır. Halbuki bir insan qəzetdə yazdıqlarına məsuliyyət daşıyırsa, “Twitter”, “Facebook” və ya başqa bir sosial mediada yazdıqlarına niyə məsul olmasın? Adını “xxyz” yazması, yəni şəxsiyyətini gizlətməsi və ya 140 simvoldan istifadə etməsi onu niyə daha az məsuliyyətli etsin? Bir insanı açıq şəkildə təhdid etmək və ictimaiyyəti təhqir etmək cinayət olduğu halda, niyə “Twitter”də bunu etməsi cinayət amili olmasın? Məsələn, bir siyasətçi, iş adamı və ya sıravi bir vətəndaş şifahi, ya da yazılı olaraq ölüm təhdidi aldığı halda, məhkəmə cəza verir. Niyə bu cəza eyni hal sosial mediada olduqda tətbiq edilməsin”.
Ekspertin sözlərinə görə, məşhur bir adamı təhdid etməklə bağlı Amerika Birləşmiş Ştatları bu məsələyə incə yanaşmır. 2012-ci ildə Birminghamda 26 yaşlı Jarvis Britton adlı şəxs "Prezidenti öldürək, biz bunu siyanürlə edə bilərik?”-deyə yazmışdı. Xüsusi xidmət orqanları evində onu ziyarət edib arasdırma apardıqda o, "Mən sərxoş idim” deyincə xilas olmuşdu. Amma bir neçə ay sonra oxşar tvitt atdığında onu əfv etmədilər, Prezidenti “Twitter” vasitəsilə təhdid etdiyi üçün bir il həbs cəzasına məhkum edildi. Yaxud “Twitter”də “Bu axşam Obamaya sui-qəsd təşkil edəcəyəm” yazan Donte Jomar Sims altı ay müddətinə azadlıqdan məhrum edilib. Ohayo ştatında Daniel Temple “Sizi öldürəcəyəm, ilk Obamanı öldürəcəyəm” tviti atdığı üçün 16 ay həbs cəzasına məhkum edildi. Florida ştatından orta məktəb şagirdi Joaquin Serrapio “Facebook”da "Kim mənə Obamaya sui-qəsd etməyə kömək edə bilər?" deyə soruşduğunda üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, şərti cəza ilə buraxıldı. Bunlar bütün hüquqi qərarlardır. ABŞ-da Prezidenti təhdid etmənin cəzası 250 min dollar, beş il həbsdir”.
(ardı var)
Nigar Abdullayeva.




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info