Niyazi Səfərov: “Ötən il Çinlə ticarət dövriyyəsi 22 faiz artıb”
Tarix: 12.07.2013 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir

Çinin Urumçi şəhərində Azərbaycan və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. İclasda Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi və Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələrinin daxil olduğu nümayəndə heyəti təmsil edib. Çin tərəfi isə iclasda Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqan qonaqları salamlayaraq ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Çin arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, indiyədək iki ölkə arasında iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Çin əlaqələrinin genişlənməsində ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyəti əhəmiyyətli rol oynayır. Niyazi Səfərov ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 22% artdığını, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İşçi Qrupunun yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisi olduğunu qeyd edən nazir müavini Niyazi Səfərov İşçi Qrupun 1-ci iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib. Niyazi Səfərov iclas iştirakçılarını Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar barədə məlumatlandırıb.
İclasda Azərbaycan-Çin arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, iş adamları arasında əlaqələrin genişləndirilməsi, biznes forumların, işgüzar görüşlərin keçirilməsi, hər iki ölkənin investisiya imkanları barədə informasiya mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub.
Müzakirələrdən sonra ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclasının protokolu imzalanıb.
Səfər çərçivəsində Çin şirkətləri üçün Sumqayıt Kimya Sənaye Parkının geniş təqdimatı keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan nümayəndə heyəti Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Urumçidəki texniki-iqtisadi zonanın və kimya məhsulları müəssisəsinin fəaliyyəti ilə tanış olub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info