“Milli şura”da hamı bir-birinə qarşı oyun qurub”
Tarix: 12.07.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Milli şura”dakı tərəflər namizədliklə bağlı şəxsi maraqları
“ictimai maraq” adı altında gizlətməyə çalışırlar


“Milli şura”da təmsil olunan bir-birinə zidd tərəflərin hər biri öz mövqeyinin “doğru olduğunu” göstərmək üçün şəxsi ambisiya və firqə maraqlarını “müxalifətin ümumi mənafeyi”, “ictimai maraqlar” ifadələri altında gizlətməyə çalışır.
Məsələn, Rüstəm İbrahimbəyov tərəfdarları İbrahimbəyovun Rusiya vətəndaşı olması və sairdən doğan namizədlik problemlərinə görə çox əndişələniblər. Onlar İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, seçkini boykot edəcəklərini iddia edirlər. Onların “milli şura”nın namizədi və seçkidə iştirakı ilə bağlı mövqeyi belədir: “Ya İbrahimbəyov, ya boykot!”. Onlar ikinci halın “bütün müxalifətin maraqlarına uyğun olduğunu” iddia edir. Qarşı tərəf - Müsavat Partiyası isə boykotun əksinədir. Çünki partiya sədri İsa Qəmbər öz namizədliyini irəli sürmək istəyir. Onun bu barədə çoxdankı ambisiyaları prosesləri izləyənlərə məlumdur. Belə bir halda da, Müsavat “boykot”un müxalifətə heç nə verməyəcəyini, əksinə seçkidə namizədlə iştirakın vacibliyini önə çəkir. Təbii ki, burada da birinci növbədə, İsa Qəmbərin şəxsən öz marağı var. Amma o da öz şəxsi maraqlarını “müxalifətin ümumi marağı” kontekstində təqdim etməyə çalışır. İsa Qəmbər bildirib ki, “milli şura”nın boykota sürüklənməsinin qəti əleyhinədir.

“Milli şura”da əsas məsələ tərəflərin bir-birinə qarşı oyunlarıdır. Burada kimsə kimisə məhdudlaşdırır, təkləyir, sosial bazasını əlindən almağa çalışır və sair”

“Palitra”ya bu barədə fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu belə dedi: “Bir çoxları seçkiyə ancaq bolşevikcəsinə yanaşır: yıxmaq, döymək, seçkiyə inanmamaq və sair. “Milli şura”dakılar da bu məsələyə demokratik yanaşma nümayiş etdirə bilmirlər. Onlardan bəziləri Rüstəm İbrahimbəyovun namizədliyi alınmazsa, seçkini boykot edəcəklərini bildirirlər. Bu, yanlış yanaşmadır.

“İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesi isə Rusiya qanunlarına görə seçkidən sonraya qədər də uzana bilər. Belə halda, onun namizədliyi Azərbaycan qanunlarına görə, qeydə alına bilməz. Belə bir halda, Azərbaycan hökuməti tam qanunauyğun addım atmış olacaq”

“İctimai palata”da İsa Qəmbər dəfələrlə bəyanat vermişdi ki, bu qurumdan kənarda heç bir qurumu qəbul etməyəcək. Ondan bir neçə gün sonra “milli şura”ya qəbul edildilər. Bu, niyə baş verdi? Etiraf edilməlidir ki, “ictimai palata”da qüvvələr nisbəti İsa Qəmbərin xeyrinə idi. Burada AXCP getdikcə də təklənirdi. AXCP “milli şura” ideyasından buna görə çox bərk yapışdı. AXCP radikal bir şəkildə “milli şura”nın tərəfdarı olduğunu bildirdi. İsa Qəmbər əvvəl “ictimai palata”da qalmanın, bu qurumun saxlanmasının tərəfdarı kimi çıxış edirdi, amma sonra gördü ki, ictimai rəy onun əleyhinə yönəlib. Ona görə də “milli şura”ya keçməyə vadar oldu. İsa Qəmbər “ictimai palata”dan fərqli olaraq “milli şura”da fərqli mövqeyə malik deyil. Burada İsa Qəmbər revanş etməyə məcburdur, ona görə də deyir ki, namizədliyimi verirəm. Əslinə baxsaq, “milli şura”nın özündə də demokratiya gətirmək söhbəti yoxdur. “Milli şura”da əsas məsələ tərəflərin bir-birinə qarşı oyunlarıdır. Burada kimsə kimisə məhdudlaşdırır, təkləyir, sosial bazasını əlindən almağa çalışır və sair. Hamısı bir-birinə qarşı oyun qurub. Məsələn, anlamıram ki, bu, nə deməkdir: mən namizədliyikmi vermikrəmsə kimsə verməsin. Azərbaycan Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın namizədliyini irəli sürmək hüququ var. Bu baxımdan İsa Qəmbər də namizədliyini verməlidir, qarşı tərəf bunu səhv addım adlandıra bilməz. O, “milli şura”da qala-qala da namizədliyini verə bilər. Əgər söhbət Rüstəm İbrahimbəyovun hansısa nüfuzuna, “sehrli gücünə” bağlıdırsa, onda yüz İsa Qəmbər də olsa, o, qalib gələrdi. Əgər İbrahimbəyov özünə güvənirsə, niyə İsa Qəmbərin namizədliyindən narahat olur? Onun tərəfdarlarının mövqeyi belədir ki, faktiki olaraq seçkidə müxalifətin bir qismini iştirakdan saxlamağa və seçkini boykot etməyə xidmət edir. Boykot isə müxalifətə heç nə vermir. Biz dəfələrlə boykot etmişik. Boykot bizə elə bir şey verməyib və verməyəcək. Bu, demokratik mövqe deyil və bunun demokratiyaya dəxli yoxdur. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesi isə Rusiya qanunlarına görə seçkidən sonraya qədər də uzana bilər. Belə halda, onun namizədliyi Azərbaycan qanunlarına görə, qeydə alına bilməz. Belə bir halda, Azərbaycan hökuməti tam qanunauyğun addım atmış olacaq. Dünya və beynəlxalq təşkilatlar da buna bir söz deyə bilməz. Belə bir halda, niyə də digər namizədlər öz seçkidə iştirak şanslarını İbrahimbəyovun bu cür çatışmazlıq və problemlərinə görə qurban verməlidirlər? O, niyə 6 ay və daha öncədən də vətəndaşlığını gizlədirdi?”
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info