Azərbaycanda turizm şirkətləri kateqoriyalara bölünə bilər
Tarix: 20.12.2018 | Saat: 09:38:00 | E-mail | Çapa göndər


Azərbaycanda turizm şirkətləri A, B, C və s. kateqoriyalara bölünə bilər.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.
Şirkətlərin kateqoriyalaşdırılmasını vacib sayan K.Quluzadənin sözlərinə görə, layihəyə əsasən, kateqoriyalar şirkətlərin göstərdikləri xidmətlərin sayına, çeşidlərinə uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur: "Elə turizm şirkəti var ki, onun fəaliyyət növləri, işçilərinin sayı çoxdur. Onların əlavə olaraq, hotel, nəqliyyat, bələdçi xidmətləri göstərmək imkanları var. Hansı şirkətin xidmətlərinin sayı, çeşidləri genişdirsə, o, daha üstün kateqoriya əldə edə bilər. Amma elə şirkət var ki, az sayda işçi ilə fəaliyyət göstərir, onların hotel və s. sahə üzrə xidmət göstərmək imkanları yoxdur. Buna baxmayaraq, imkanları məhdud olan şirkətin də kateqoriya alması mümkündür".
Kateqoriyalaşmanı həm şirkətlər, həm də turistlər üçün olduqca əhəmiyyətli sayan K.Quluzadə hesab edir ki, bu proses şirkətləri inkişafa stimullaşdıra, rəqabətin sağlam aparılmasına yardım edə bilər. Kateqoriyalaşdırma öz növbəsində turistlərin keyfiyyətli xidmət almasına kömək edə bilər.
Şöbə rəhbəri qeyd edib ki, layihəyə görə, aldıqları kateqoriyadan asılı olmayaraq, bütün şirkətlərin Turizm Reyestrinə daxil edilməsi nəzərdə tutulur: "Reyestr hamı üçün açıq olacaq. Müştəri həmin reyestrə baxdıqda öz büdcəsinə uyğun gələn xidmətləri seçə və həmin xidmətləri göstərə bilən şirkətlərə sifarişlərini verə biləcək".




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2020
Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib
18.01.2020
20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib
17.01.2020
Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi
17.01.2020
Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info