“İrəli“ İctimai Birliyinin VI Hesabat-Seçki konfransının keçiriləcəyi tarix müəyyənləşib
Tarix: 20.12.2018 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təşkilat olaraq 10, hərəkat olaraq fəaliyyətinin 15 yaşı tamam olur. Təşkilatın mətbuat xidmətindən Day.Az-a bildirilib ki, 25 dekabr tarixində Nizami Kino Mərkəzində "İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçiriləcək.
Konfransda Gənclər təşkilatlarının fəaliyyətinin açıq formada ictimaiyyətə çatdırılması məqsədi ilə təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat veriləcək. Baş tutacaq Hesabat-Seçki konfransında İctimai Birliyin nizamnaməsinə uyğun olaraq yeni idarə heyəti və sədrin seçimi nəzərdə tutulub.
Konfransda İctimai Birliyinin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif ediləcəklər.
Qeyd edilib ki, "İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərakatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. 5 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətini gənclər hərakatı kimi dayandırıb. 24 dekabr 2008-ci il tarixindən təşkilat olaraq fəaliyyət göstərib. 27 iyun 2014-cü ildə "İrəli" İctimai Birliyinin IV, 19 dekabr 2016 -cı ildə V Hesabat-Seçki konfransı keçirilib və seçki prosesində MirHəsən Seyidov təşkilatın sədri olaraq seçilib. "İrəli" İctimai Birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüslərini bütün sahələrdə stimullaşdırmaq və gənclər siyasətində yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin,bu sahədə çalışan dövlət orqanları ilə,qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın gənclər siyasətinə töhfə vermək İctimai Birliyin əsas məqsədlərindəndir. Təşkilatın prioritet olaraq seçdiyi istiqamətlər: Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərdə müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, Azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması - Mədəni və tarixi irsin təbliğ olunması, Beynəlxalq rəqabətədavamlı gəncliyin inkişafına dəstək olmaqdır.
Qeyd edilib ki, "İrəli" İctimai Birliyi təşkilat olaraq təsis olunmasının 10 illiyində Hesabat-Seçki konfransını əvvəlki illərdə də olduğu kimi ilk olaraq cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olan əsgərlərlə qeyd edəcək. Təşkilatın ad günü tortunun əsgərlərlə birlikdə kəsilməsi və tədbirin mədəni-əyləncəli proqramla davam etməsi planlaşdırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info