ANAMA beynəlxalq minatəmizləmə mərkəzinə çevrilir
Tarix: 12.07.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və BMT İnkişaf Proqramı arasında «Azərbaycanda minadan zərərçəkənlər üçün sosial iqtisadi reinteqrasiya Proqramı” üzrə memorandum imzalanıb.
Tədbirdə çıxış edən ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, işğaldan azad olunmuş ərazilərin mina və PHS-lərdən təmizlənməsi məqsədilə ANAMA yarandığı gündən BMT İP-ə müraciət edərək, milli potensialın yaradılmasında bu qurumun dəstəyindən istifadə edib: «BMT-nin təcrübəsindən istifadə müsbət nəticə verdi. Bu gün ANAMA tam sərbəst işləyir və hökumətin tapşırıqları əsasında mina təmizləmə proqramlarını icra edir. Bu gün bizim BMT ilə əməkdaşlığımız davam etdirilir və yeni layihələr üzərində işləyirik». ANAMA direktoru bildirib ki, imzalanan memorandum minadan zərərçəkənlərə yardım məqsədi daşıyır: “Azərbaycanda 1992-ci ildən indiyədək 3 min nəfər minadan zərər çəkib, onlardan 500-ü dünyasını dəyişib. Hazırda ANAMA minadan zərərçəkənlərin reinteqrasiyası istiqamətində müəyyən işlər aparır. İmzalanan proqram minadan zərərçəkənlərə biznesin qurulması üçün mikrokreditlərin verilməsini əhatə edir”. BMT-nin Azərbaycandakı nümayəndəsi Antonius Bruk bildirib ki, hazırda ANAMA-nın imkanların tək Azərbaycanla yekunlaşmır: “BMT İP ilə əməkdaşlığın yeni mərhələsi ANAMA-nın beynəlxalq minatəmizləmə mərkəzinə çevrilməsini əhatə edir. Başlayacaq yeni layihə çərçivəsində 40 nəfər minadan zərərçəkənə öz biznesini qurmalarına dəstək veriləcək. Layihə Beynəlxalq Miqrasiya Təşkilatı və ANAMA-nın yerli tərəfdaşı olan «Çıraq» təşkilatı tərəfindən həyata keçiriləcək. Layihə üçün 136 100 min ABŞ dolları vəsait ayıracaq”. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktorpak təmsil etdiyi təşkilatın ANAMA ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi layihələr barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info