“Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır”
Tarix: 12.07.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir, davam edir və biz hələ də problemin sülh yolu ilə həllini görmürük. BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır: Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir”.
Bunu Almaniya Xristian Demokrat İttifaqının millət vəkili, parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib. O. Henninq bildirib ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır: “Ondan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər”. Azərbaycanın coğrafi mövqeyinə görə Rusiya və İran, Türkiyə və Xəzər dənizi arasında mühüm bir regionda yerləşdiyini qeyd edən deputat, Almaniyanın iyirmi ildən çoxdur, Azərbaycanla dostluq etdiyini vurğulayıb: “Odur ki, biz ikitərəfli münasibətlərin daim güclənməsində çox maraqlıyıq”. O.Heninqin fikrincə, əsl sülh prosesinə nail olmaqdan öncə Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır: “Odur ki, hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir. Ötən il Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri” qeyri-legitim idi. Bu cür addımların atılmasında məqsəd legitim nəticələrə gətirib çıxaracaq əsl danışıqlara nail olmaq deyil, sadəcə status-kvonun saxlanmasıdır”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info