Balaca Elnura yardım edin!
Tarix: 12.07.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Ağır dərəcədə sensonevral tipdə eşitmə azlığından əziyyət çəkən balaca Elnura müalicəsi ilə əlaqədar yardım lazımdır.
Elnur çox ağır (IV) dərəcədə sensonevral tipdə eşitmə azlığından əziyyət çəkir. Uşağın hər iki qulağına eşitmə cihazı taxılmasına baxmayaraq, təəssüflər olsun ki, hələ də yaxşı eşitmədiyinə görə danışa bilmir. Bu hal onun ümumi psixoloji durumuna və əsəb sisteminə də olduqca mənfi təsir göstərir. Uşağın eşitməsi və danışması üçün isə mütləq ən geci 5 yaşınadək daxili qulağın protezləşdirilməsi (koxlear implantasiya) adlanan əməliyyat olunması vacibdir. Çünki müasir tibbi təcrübə əsasında müəyyən olunub ki, məhz həmin yaşa qədər əməliyyat olunmuş uşaqlarda nitqin inkişafı yuxarı yaşda əməliyyat olunmuş uşaqlarla müqayisədə daha effektli nəticələr verir. Hazırda Elnurun 3 yaşı var və əgər o, tezliklə əməliyyat olunmazsa, sonra əməliyyat olunsa belə, heç bir zaman normal danışa bilməyəcək. Almaniyadan ölkəmizə gələn peşəkar həkimlər tərəfindən həyata keçirilən bu əməliyyat azı 30 min avroya başa gəlir. Ailəsi bildirir ki, maddi imkanı olmadığından belə bir böyük məbləği ödəməyə imkanı yoxdur. Buna görə də yeganə çıxış yolu olaraq xeyirxah insanlara müraciət edir. Onlara kömək etmək istəyən şəxslər aşağıdakı bank hesabına münasib bildikləri məbləğdə pul köçürə və ya telefonla əlaqə saxlaya bilərlər:
“AccessBank"-ın istənilən filialına yaxınlaşıb bu hesaba pul köçürə bilərsiniz:
001-014-24-1-0003018.08 AZN
001-014-24-3-0000157.05 EURO
001-014-24-2-0001893.05 USD

Əlaqə telefonu:
İlham: (050)3948650; (070) 394 86 50




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info