“Müsəlman qardaşlar” ayın sonunadək Mursini geri qaytarmaq niyyətindədirlər
Tarix: 13.07.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Misirdə devrilmiş prezidentin tərəfdarları qarşıdakı üç cümə ərzində Məhəmməd Mursinin dövlət başçısı vəzifəsinə qaytarılması tələbi ilə Qahirədə kütləvi etiraz aksiyaları təşkil etmək niyyətindədir.
Mursi tərəfdarları qarşısında çıxışı zamanı “Müsəlman qardaşlar” hərəkatının liderlərindən biri olan Məhəmməd Baltaqi bəyan edib ki, bu etiraz aksiyaları heç kəs tərəfindən diktə olunmayıb: “Qarşıda üç cümə var və bu müddət ərzində dönüş baş verməlidir. Qahirədə hamı əlində Misirin bayrağını tutaraq küçələrə çıxmalıdır”. Devrilmiş prezidentin tərəfdarlarının müddətsiz aksiyaları ölkənin bir sıra şəhərlərində artıq bir həftədir ki davam etdir. Misirin təhlükəsizlik qüvvələri isə ölkəyə gələn fələstinli və suriyalılar üzərində nəzarəti gücləndirib. “Rossiya 24” telekanalının xəbərinə görə, polisə ölkəyə gələn fələstinli və suriyalıların dərhal saxlanılması barədə göstəriş verilib. Misir xüsusi xidmət orqanları onların “Müsəlman qardaşlar”ın tərəfdarları, terrorçu olduğunu, ölkəyə təxribat və terror aktları törətmək məqsədilə gəldiklərini zənn edir. Qeyd edək ki, Misirdə vəziyyət gərgin olaraq qalmaqdadır. İyulun 8-də Qahirədə Mursi tərəfdarları ilə hərbçilər arasında baş vermiş toqquşmalarda 53 nəfər ölüb, 400-dən çox insan yaralanıb. Hərəkatın liderləri insanları toqquşmalara təhrik etməkdə günahlandırılaraq axtarışa verilib. Misir prokurorluğu isə 2011-ci il inqilabı zamanı həbsxanalardan məhbusların qaçması ilə bağlı başlanmış cinayət işinin istintaqına start verib. İş üzrə adə keçən əsas şəxs hərbçilər tərəfindən devrilmiş prezident Məhəmməd Mursidir. İsmaıliyyə şəhər məhkəməsi iş üzrə dinləmələri yekunlaşdıraraq Məhəmməd Mursi və “Müsəlman qardaşlar”ın 34 liderinin həbsi barədə prokurorluğa sorğu göndərib. Qeyd edək ki, söhbət 2011-ci ilin yanvarın sonlarında baş verən hadisələrdən gedir. O zaman, Hüsnü Mübarəkin istefası ilə yekunlaşan iğtişaşların ən qızğın vaxtında ölkədəki həbsxanalara hücumlar olmuşdu. Nəticədə islah müəssisələrindən minlərlə məhbus “azad” olunmuşdu. İstintaqın əldə etdiyi faktlara əsasən, həbsxanalara hücum edənlərin sıralarında “Müsəlman qardaşlar”, “Hizbullah” və “Həmas” hərəkatlarının nümayəndələri olub. Buarada ABŞ-ın iki hərbi gəmisi Misir sahillərinə doğru istiqamət götürüb. “İTAR-TASS”ın xəbərinə görə, bu barədə ABŞ dəniz piyadalarının komandanı general Ceyms Amos bəyan edib. Onun sözlərinə görə, Qırmızı dəniz rayonuna “San-Antonio” və “Kirsarc” desant gəmiləri göndərilib: “Misir böhran içindədir. Belə şeylər baş verdikdə biz vəziyyəti nəzarətdə saxlamaq üçün müəyyən addımlar atmalıyıq”. Lakin, o, ABŞ-ın məsələ ilə bağlı konkret hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb. Qeyd edilir ki, hərbi gəmilərin sahilə yaxın irəliləməsi ehtiyac yarandığı halda helikopter və digər texnikanın istifadəsini asanlaşdıracaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info