“İbrahimbəyovla İsa Qəmbər nə etdiklərini özləri də bilmirlər”
Tarix: 13.07.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Müxalifəti bir araya toplayan “milli şura”da əsəblər gərilməkdə davam edir. Sözügedən qurumun Rüstəm İbrahimbəyovu özünə vahid namizəd seçməsindən sonra Müsavat başqanı İsa Qəmbər nəyə görəsə İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını düşünməyə başlayıb.
O, hesab edir ki, belə olacağı təqdirdə sözügedən qurumun vahid namizədi özü olacaq və buna görə də, AXCP-yə eyhamla boykot taktikasının “milli şura” formatına aid olmadığını deyir. Artıq bu intriqalardan da aşkar şəkildə aydın olur ki, bunlar boş-boş bəyanatlarla qəzet səhifələrində özləri haqqında “mütəşəkkil qurum”, “vahid komanda” imici formalaşdırmağa çalışırlar. Əslində isə “milli şura” intriqa yuvasıdır, hamısı bir-birinin ayağından çəkir, bir-birinə badalaq gəlir, kəllə atırlar.
Artıq ehtiyat namizəd məsələsi nəinki şura daxilində müəyyən fikir ayrılıqları yaradıb, iş o yerə çatıb ki, qurumda təmsil olunmayan siyasətçilər də müxalifətin düşdüyü bu durumu ciddi tənqid etməyə başlayıblar.
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP)sədri Fazil Mustafa Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında gedən “gizli oyun”u şərh edərək bildirib ki, onlar hazırda çətin duruma düşüblər: “Nə etdiklərini özləri də bilmirlər. Çünki qarşılarındakı gücün potensialını, maddi resurslarını tam qiymətləndirə bilmirlər. Neçə illərdir mövcud hakimiyyət heç bir təhlükə hiss etmədən mövcudluğunu davam etdirir və gündən-günə möhkəmlənir. Ən azı maddi baza baxımından. Müxalifətin isə pulu yoxdur ki, lazımi səviyyədə seçki kampaniyası baxımından prosesləri idarə etsin. Sadəcə hansısa xarici qüvvələr ortaya pul qoya bilər. Niyə qoysunlar?”
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info