Ermənilər “Azadlıq” qəzetinin yalanlarından Azərbaycana qarşı istifadə edir
Tarix: 13.07.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin Vl qurultayında çıxışı zamanı bildirib: “Azadlıq” qəzeti hakimiyyətə opponent partiyalardan birinin orqanıdır. Bu qəzet dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur... Azərbaycan jurnalistikasında hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunun nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır”.
Doğrudan da, son illərdə bu qəzetin nəşrlərinə diqqət yetirsək görərik ki, bu mətbuat orqanının dövlətçilik əleyhinə apardığı təbliğatlar özünü iyrənc formada göstərib. Ümumiyyətlə isə, “Azadlıq” qəzeti AXCP-nin hakimiyyətə qarşı çirkin mübarizəsində rupor rolunu oynayır. Bu qəzetdə materiallar şəxsən Əli Kərimlinin tapşırığı ilə yazılır və onun senzurasından keçəndən sonra işıq üzü görürlər. Qəzetin dezinformasiya, yalan, şantaj, böhtan xarakterli materialları ermənilərin Azərbaycana qarşı ideoloji mübarizəsində mühüm yer tutur. “Azadlıq”da məqalələrlə çıxış edən AXCP-nin üzvləri dəfələrlə iyrənc qalmaqallarda ifşa olunublar. Ruslan Bəşirli ermənilərlə sövdələşərək onlardan pul alıb və sifariş yerinə yetirib, Qənimət Zahid, Azər Əhməd, Natiq Güləhmədoğlu, Qan Turalı və digərlərinin çirkin əməlləri bu qəzetin əsl simasını nümayiş etdirir.
Bundan əlavə Əli Həsənov müxalifətdən gələn anormal bəyanatlara reaksiya verərək münasibət bildirib. O deyib: “Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracaqlarını söyləyirlər. Özü vuracaq və cəriməsini də özü verəcək, deyir. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, sillələr vuracaq, cəriməni də büdcədən götürüb ödəyəcək”.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan müxalif düşərgədən onun ünvanına gələn hədə və ittihamlara haqlı fikirlər səsləndirmişdi: “Məni “Facebook” statusu yazdığım üçün az qala daş-qalaq edən, ən müxtəlif söyüş və təhqirlərə məruz qoyan, barəmdə ən ağır ittihamlar səsləndirən bu adamlar sabah hakimiyyətə gəlsələr və biz də bunların liderlərini, prezidentlərini qəzetdə tənqid etsək, halımız-günümüz, taleyimiz necə olar, bir Allah bilir”. Əlbəttə, hələ müxalifətdə olduğu zaman jurnalistlərin ağzından vuracağını deyən Rüstəm İbrahimbəyov və onu dəstəkləyənlər hakimiyyətə gələcəkləri təqdirdə medianın başına nə oyun açacaqlarını təsəvvür etmək çətin deyil. Bunların senzuranı bərpa etmək, medianın fəaliyyətini tənzimləyən dövlət orqanı yaratmaq, jurnalist fəaliyyətini tənzimləyən qanunvericiliyi SSRİ-nin dövrünə qaytarmaq, mediaya bütün güzəştləri ləğv etmək, jurnalistləri türmələrə doldurmaq praktikası tətbiq etməyəcəklərinə heç bir zəmanət yoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info