Hər ay “elektron hökumət” portalına 50 min istifadəçi müraciət edir
Tarix: 13.07.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“2013-2014-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsini keçirilib. Tədbirdə proqramın layihəsinin təqdimatı da olub.
Bundan başqa, dövlət proqramında “elektron hökumət”in inkişafına dair tədbirlər haqqında və dövlət proqramı layihəsinə ictimai baxış mövzularında müzakirələr də təşkil olunub. Müzakirələrdə dövlət qurumları, vətəndaş cəmiyyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbirdə bildirib ki, təxminən 40-a yaxın dövlət qurumu “elektron hökumət” portalında qeydiyyatdan keçib. Onun sözlərinə görə, hər ay “elektron hökumət” portalına 50 min istifadəçi müraciət edir. Təqdim olunmuş elektron xidmətlərin sayı 417, portalda yerləşdirilmiş elektron xidmətlərin sayı isə 225-dir. E.Vəlizadə elektron xidmətlərin göstərilməsində ilk 10-luqda yer alan dövlət qurumlarının adını açıqlayıb. Bunlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasıdır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info