Alaverdyan: “Sələflərinin mirası ilə mübarizə aparmaqla Paşinyan elə də uzağa gedə bilməyəcək”
Tarix: 23.12.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər



“Bu gün erməni cəmiyyətində Nikol Paşinyan hökumətinin real niyyətləri ilə bağlı çox dərin şübhələr var ki, buna görə də bir və ya bir başqa sahəyə dair çoxsaylı fərziyyələr səslənməkdədir”.
Bu fikirləri Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan “Sputnik Ermənistan”a verdiyi açıqlamada bildirib. Alaverdyanın fikrincə, Paşinyan əgər, doğrudan da, hakimiyyətdə qalmaq istəyirsə, bu halda o, rəqiblərinə qarşı qaldırdığı ittihamları ləğv etməlidir: “Son 20-25 il ərzində erməni hakimiyyətlərinə ictimaiyyətin etibarının səviyyəsi olduqca aşağı səviyyədə olub. Belə ki, ölkə rəhbərliyinin niyyətləri vətəndaşlar tərəfindən əsla dəyərdə qəbul edilməmişdir. Onların fəaliyyətləri də həmişə xalq tərəfindən şübhə ilə qarşılanmışdır. Ona görə, bu gün hakimiyyətdə oturan Paşinyan əvvəlkilərdən fərqli olduğunu sübut etməli, onun hökumətinin fərqli olduğunu erməni xalqına göstərməlidir. Ancaq onun üçün yaranmış vəziyyət, iqtisadiyyatla bağlı verdiyi vədlər, əsas ittifaqlarla əlaqələrə dair ardıcıl strategiyanın olmaması bunu çətinləşdirir. “Son yeddi ay ərzində yeni hakimiyyətlər öz mövqelərini qurmaq üçün ancaq köhnə hakimiyyət nümayəndələri ilə mübarizə aparıb. Amma o anlamalıdır ki, Ermənistanda yeni addımlara ehtiyac var, ölkəyə gerçək dəyişikliklər lazımdır”.
Ekspertin sözlərinə görə, sələflərinin mirası ilə mübarizə aparmaqla Paşinyan elə də uzağa gedə bilməyəcək. Bu gün erməni cəmiyyətində “köhnə hakimiyyət qovuldu” sevinclə qeyd edilisə də, lakin bu məcazi mənada "hakimiyyətə kim gəldi" sualına cavab verilməlidir. Ona görə də həm Paşinyanın, həm də onunla birlikdə hakimiyyətə gələn səlahiyyətlilərin ən əhəmiyyətli vəzifəsi əvvəlki erməni hakimiyyətlərinə layiqli və daha yaxşı bir alternativi təmin etməkdir.
Alaverdyan bunun Paşinyan üçün o qədər də asan olmayacağını bildirir: “Əlbəttə, Paşinyanın, onun ətrafının Respublikaçılara, onların mübarizə metodlarına qarşı dirənişləri çox çətin olacaq".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info