Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi uğurlarını sadalayır
Tarix: 15.07.2013 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Avropada bu sahədə ixtisaslaşmış və mübarizə aparan böyük təşkilatlar- BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Vətəndaş Cəmiyyəti Şəbəkəsi və Narkotiklər üzrə QHT-lərin Vyana Beynəlxalq Mərkəzi ilə ikitərəfli beynəlxalq əlaqələrini inkişaf etdirərək fəaliyyətini uğurla davam etdirir.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mətbuat xidmətindən verilən məlumata görə, ofis hələ keçən il hər iki beynəlxalq təşkilatın tam hüquqlu üzvü seçilib.
Ofisin rəhbəri Məzahir Əfəndiyevin cari ilin iyul ayının 15-dən 18-dək Rumıniyanın Buxarest şəhərinə 3 günlük rəsmi səfəri çərçivəsində Rumıniyanın Xarici İşlər Nazirliyində, Narkotiklərə Qarşı Dövlət Agentliyinin rəhbərliyi, habelə bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq qeyri-hökumət təşkilatı olan “SİNE İRA”-nın ofisində bir sıra vacib görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı Məzahir Əfəndiyev ölkədə narkotiklərlə mübarizə sahəsində görülən işlər və əsasən də Dağlıq Qarabağda narkotiklərin qeyri-qanuni əkini və tranziti ilə bağlı məlumatları əks etdirən məsələlərin müzakirəsini təşkil etməklə tərəfdaşların diqqətini bir daha bu problemin həllinə yönəldəcək.
Görüşlər çərçivəsində, həmçinin, regionda narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması və “Heroin” marşrutu üzərində yerləşən dövlətlərdə problemin həlli istiqamətində yeni təşəbbüslərin, layihələrin həyata keçirilməsinə dair müzakirələr də aparılacaqdır.
Gələn ilin əvvəllərindən etibarən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və “SİNE İRA” beynəlxalq qeyri-hökumət təşkilatı Cənubi Qafqazda yeni birgə layihənin həyata keçirilməsinə başlayacaq. Həmin layihə çərçivəsində həm tələbin, həm də təklifin azaldılması istiqamətində Cənubi Qafqazın hər 3 subyektinə beynəlxalq məsləhətlərin, müxtəlif əməliyyat tədbirlərinin həyata keçirilməsində zəruri olan metodoloji dəstəyin verilməsi ilə yanaşı, yeni mübarizə metodlarını əks etdirən təqdimatlar və ümumilikdə, narkomaniyanın yayılmasının qarşısının alınmasına yönəlmiş birgə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Təbii ki, bu istiqamətdə atılan addımlar Ofisin yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da narkomaniya ilə mübarizəyə hədəflənmiş tədbirlərin həyata keçirilməsini mümkün edəcək.
Sevindirici haldır ki, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi uğurlu fəaliyyəti ilə Azərbaycanda bu sahədə ixtisaslaşmış yeganə qeyri- hökumət təşkilatı olaraq artıq regionda və beynəlxalq aləmdə tanınan ciddi təşkilatlardan birinə çevrilməkdədir.
Azərbaycanda mövcud olan QHT-lərin istər Avropada, istərsə də digər kontinentlərdə yerləşən oxşar fəaliyyətli QHT-lərlə sərbəst şəkildə birgə layihələrin həyata keçirilməsinə müvəffəq olması Azərbaycan hökumətinin son dövrlərdə QHT-lərə göstərdiyi dəstəyin bariz nümunəsidir. Heç şübhəsiz ki, narkomaniyaya qarşı birgə beynəlxalq fəaliyyət problemin həllinə öz töhfəsini verəcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info