Ukraynanı Gömrük İttifaqına çəkən nədir?
Tarix: 15.07.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Nikolay Azarov: “Daha çox qaz əldə etmək və oyuncaqların keyfiyyətinə nəzarət üçün Gömrük İttifaqına qoşulmalıyıq”



Ukrayna baş naziri Nikolay Azarov bəyan edib ki, daha çox qaz əldə etmək və oyuncaqların keyfiyyətinə nəzarət etmək üçün ölkə Gömrük İttifaqına qoşulmalıdır. Politoloqların bildirdiyinə görə, Ukrayna hakimiyyəti artıq mənəvi baxımdan Rusiyanın Gömrük İttifaqına qoşulma təklifinə müsbət cavab verməyə hazırdır. Bu məsələdə ləngimə yalnız qoşulma ideyasının daha geniş ictimaiyyət üçün əsaslandırılmasındadır. Ukrayna qəzetləri yazır ki, “hökumətin son iclasında Ukraynanın baş naziri bu sahədə irəli böyük bir addım atıb”. Belə ki, o, sadə ukraynalılara izah edib ki, elə etmək lazımdır ki, dövlətin inkişafı prosesi daha da sürətli getsin və dönməz olsun. O, hesab edir ki, Ukrayna iqtisadiyyatı aktiv şəkildə inkişaf edir: “Son ildə pərakəndə ticarət artıb, kənd təsərrüfatı məhsullarının istehsalı 5 faiz artıb. Bundan başqa, maaşlar 10 faiz yüksəlib və bunlarla bərabər, qiymətlərin stabilliyinə nail olunub – qiymətlər cəmisi 0,2 faiz artıb”. Bütün bunlardan başqa, baş nazir bəyan edib ki, varlı və güclü Ukraynada bir sıra problemlər də tapmaq mümkündür. Baş nazir onları sadalamayıb. Ukrayna baş naziri bildirib ki, ölkəsi enerjili bir şəkildə bazarlarda alternativlər axtarıb tapmalıdır və öz xarici ticarətini situasiyaya uyğun adaptasiya etməyə nail olmalıdır. O qeyd edib ki, xarici ticarəti balanslaşdırmaq lazımdır. Bu baxımdan Avropa Birliyi və Gömrük İttifaqı kimi tərəflərlə münasibətlər uyğunlaşdırılmalıdır. Ukrayna baş naziri bildirib ki, hökumətin planında “Şell” şirkəti ilə əməkdaşlığı dərinləşdirmək də var. Nikolay Azarov şirkəti təkcə Ukraynanın təkindəki şist qazla yox, həm də ənənəvi enerjidaşıyıcıları ilə maraqlanmağa çağırıb. Baş nazirin sözlərinə görə, hakimiyyətin fəaliyyətinin daha bir strateji istiqaməti keyfiyyətsiz oyuncaqlarla mübarizədir.


İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info