Demokratiya “əzabkeşləri”, yoxsa “demokratik” casuslar?
Tarix: 15.07.2013 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl mitinqdə iştiraka görə kəsilən cəriməni ödəmədiyi üçün Binəqədi Rayon Məhkəməsi tərəfindən 220 saat icbari əmək işlərinə məhkum edilib.
Xədicə İsmayıl isə bununla bağlı Avropa Məhkəməsinə şikayət edəcəyini bəyan etdi. Artıq bu həftə o, qərarı icra etməlidir. “Mən qərarın icrasından qorxmuram. İctimai işlər cəzası faciə deyil. Zatən ictimai işlərlə məşğuluq. Təmizlə deyirlər, təmizləyək də...”-deyə o bildirib.
Bu gün isə artıq Xədicə İsmayıl və onun ətrafında toplaşmış bəzi “demokratiya” carçıları jurnalistin icbari işi yerinə yetirməsini az qala böyük faciəyə çeviriblər. Mərkəzi küçələri süpürməyi seçən Xədicə İsmayıl bunu “demokratiya naminə” etdiyini də bildirib. Artıq onun bu bəyanatları və mətləbə dəxli olmayn fikirlərini əldə bayraq edən müxalifətçilər də bəzi xarici təşkilatlara səslənərək öz havadarlarından “kömək” istəyiblər. Xalq isə sizi demokratiya “əzabkeş”ləri kimi qəbul etməyib və etmir də. Hər dəfə müxalifyönlü jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı haqlı tələblər irəli sürüləndə, qanun çərçivəsində tədbirlər görüləndə agenti olduqları xarici ölkələrə üz tutan bu şəxslər bu gün də öz xislətlərini gizlətmədilər.
Xədicə İsmayılın icbari əmək işlərinə cəlb olunmasını siyasiləşdirərək bundan siyasi şou düzəldən müxalifət və eləcə də bəzi agenturalarla əlaqədə olanların aktivliyinin nəzərə çarpacaq dərəcədə artması da təbii haldır. Onlar bu məsələni şişirdərək jurnalistin icbari əməyi yerinə yetirməsinə “Xədicə İsmayıl demokratiya naminə süpürəcək” adı altında kampaniya aparmaqla yenə də “aktiv” olduqlarını göstərməyə çalışırlar. Bu “aktiv”liyin arxasında isə xaricdən gələn maliyyə maraqları dayanır. Amma görünən odur ki, nəinki Xədicə İsmayıl kimilərinin, ümumiyyətlə, ona dəstək verib öz mənafeləri naminə səs-küy qoparan müxalifətin də cəmiyyətdə sosial bazası, tərəfdarı çox aşağıdır. Belə olmasaydı, bu gün sosial şəbəkələrdə bununla bağlı kampaniyaya start verən müxaliflərin səsinə belə az sayda insan cavab verməzdi. Artıq hər kəsə gün kimi aydındır ki, seçki ilində adi olaylardan istifadə edən bu siyasi oyunbazlar öz məqsədləri naminə hər cür yola getməyə hazırdılar. Hər kəs qanun qarşısında eynidir. Jurnalist də, siyasətçi də qanunu pozub ona riayət etmirsə, kəsilən cərimə və cəzanı qeyd-şərtsiz yerinə yetirməlidir. Bundan siyasi şou düzəldib cəmiyyətdə demokratiya “carçısı” kimi görünmək isə sadəcə gülüş doğurur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info