Baradey rəsmən vitse-prezident vəzifəsinin icrasına başlayıb
Tarix: 15.07.2013 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sabiq başçısı, “Nobel” sülh mükafatı laureatı Məhəmməd əl-Baradey Misirin beynəlxalq münasibətlər üzrə vitse-prezidenti kimi ölkənin müvəqqəti prezidenti Ədli Mənsur qarşısında and içib. Məhəmməd əl-Baradey ixtisasca hüquqşünasdır. O, 16 il Misirin Xarici İşlər Nazirliyi sistemində işləyib. 1984-cü ildə diplomatik xidməti başa çatandan sonra karyerasını BAEA-da davam etdirib, 1997-ci ildə isə həmin quruma başçılıq edib. 2005-ci ildə “Nobel” sülh mükafatı laureatı olub. M.Baradey 2009-cu ildə BAEA-nın başçısı vəzifəsindən istefa verəndən sonra dəfələrlə Misirin prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. 2011-ci ilin yanvar inqilabından sonra özünün yaratdığı “Dəyişikliklər uğrunda milli birliy”ə başçılıq edib. Sonralar həmin birlik müxalifətdə olan “Misirin milli qurtuluş cəbhəsi”nə daxil olub. Xatırladaq ki, xalq nümayişlərindən sonra Misir ordusu prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb. Ədli Mənsur keçid dövründə Misir prezidenti təyin olunub. O, Misirin yeni müvəqqəti hökumətini yaradır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info