AXCP-Müsavat qarşıdurması söyüş həddinə çatdı
Tarix: 15.07.2013 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Arif Hacılı : “Cəbhəçilərin bu söyüşləri, təhqirləri, böhtanları çirkinlikdir, murdarlıqdır”

“Milli şura”da Müsavat və AXCP arasında gedən söz davası artıq bir-birinə qarşı söyüşlər yağdırmaq həddinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə aktiv görünməyə çalışan cəbhəçilər İsa Qəmbərin namizədliyinin hələ də gündəmdə qalmasını həzm edə bilmirlər. Görünən isə odur ki, “milli şura”dakı bəzi “müttəfiq”lərin əsas problemi Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizəd olaraq qalması imiş. “Facebook” sosial şəbəkəsində cəbhəçilərin yaratdığı və toplaşdığı “susma” adlı qrupa nə zaman baxırsansa, “İsa Qəmbərin namizədliyi yolverilməzdir”, “Ya Rüstəm İbrahimbəyovla seçkiyə getmək, ya da boykot”, “Ehtiyat namizəd hazırlamaq lazım deyil” kimi ultimativ reaksiyaların şahidi olursan. Belə yanaşmalar nəinki sıravi cəbhəçi və müsavatçı səviyyəsində ortaya qoyulur, artıq partiya funksionerləri də aşkar hücumlara keçməyə başlayıblar. Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı cəbhəçilərin bu antitəbliğatına reaksiya verib:
“AXCP-nin “Facebook”da “susma” adlı qrupunda Müsavatın, İsa Qəmbərin və mənim ünvanıma səslənən böhtanların, təhqir və söyüşlərin yer alması ilə bağlı bu qrupun admini olan Natiq Adilova məktub yazmışdım. O, 20 saat internetdə olmadığı üçün buna yol verilməsindən xəbərsiz olduğunu, bu yazıların çıxarılacağını yazıb.
Üstündən bir neçə saat keçib. Natiq Adilov burada bir neçə status da yazmağa vaxt tapıb, admini olduğu qrupa isə göz gəzdirməyə vaxt tapmayıb. Qrupdakı təhqir və böhtanlara biri də əlavə olunub. Sən demə, bütün müxalifətin, o cümlədən AXCP-nin sərəncamına verdiyimiz qərargahımızın xərclərini hansısa nazir ödəyirmiş və bu mənim də iştirakımla sübut olunubmuş.
Bu söyüşlər, təhqirlər, böhtanlar, çirkinlikdir, murdarlıqdır.
Ünvanımıza səslənən bu ifadələrin yiyələri mənim "siyasət çirkin peşə deyil, siyasətdə çirkin insanlar var" deyimimin təsdiqini çox gözlətmədilər”.
Xatırladaq ki, sözügedən qrupun rəhbəri natiq Adilov Əli Kərimlinin ən yaxın adamlarındandır.Onu da qeyd edək ki, sözügedən qrupla yanaşı “Facebook”da “basta” adlı qrup da var ki, bunu da müsavatçılar açıblar. AXCP-çilərin təhqir və söyüşlərinə bu qrupda müsavatçılar cavab verirlər. Elə Arif Hacılı da bu fikirləri müsavatçıların qrupunda səsləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info