Nyu-Yorkun Baş Assambleyası Azərbaycanla tərəfdaşlıq haqqında sənəd qəbul edib
Tarix: 15.07.2013 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Nyu-York ştatının Baş Assambleyası “Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı” tanıyan proklamasiya qəbul edib.
Ştatın qanunverici hakimiyyətinin aşağı palatasının üzvləri bu sənəddə 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının türk və islam dünyası dövləti kimi müstəqilliyinin bərpa olunması, habelə 1992-ci ildə Azərbaycanın müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması faktı vurğulanır.
Sənəddə daha sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ABŞ-ın müttəfiqi kimi Azərbaycanın strateji rolu, o cümlədən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak etməsi, Əfqanıstana göndərilən qeyri-hərbi təyinatlı materialların 40 faizinin daşınması üçün Bakının öz hava məkanını və aeroportlarını təqdim etməsi, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi, habelə bu ölkədə müxtəlif dinlərə və etnik qruplara münasibətdə tolerantlıq ab-havası məsələlərindən bəhs edilir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info