Müxalifətdə “agent” söhbəti böyüyür
Tarix: 15.07.2013 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Milli şura”nın üzvü, kinorejissor Eldəniz Quliyevlə Ümid Partiyasının rəhbərliyi arasında münaqişə getdikcə böyüyür. Eldəniz Quliyevin Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı mətbuatda səsləndirdiyi fikirlərə onun müavini Taleh Əliyev sərt cavab verib. O, dolayısı ilə Eldəniz Quliyevi separatizmi alovlandırmağa xidmət edən agentura şəbəkəsi ilə əlaqələndirib. TalehƏliyevin ittihamlarına cavabında Eldəniz Quliyev bildirib ki, Taleh Əliyevin bu fikirləri çox ciddi ittiham, cinayətdə suçlamadır: “Taleh Əliyev "agent" deyəndə məni nəzərdə tutur. Çünki o həmin açıqlamanı mənə cavab olaraq verib. Bu, artıq mənə qarşı ciddi ittihamdır. Bütün ömrünü demokratik dəyərlərin bərqərar olmasına həsr eləmiş bir adama qarşı o cür ittihamın sübuta yetirilməsini tələb edirəm. Taleh Əliyevin ləyaqəti, cəsarəti çatırsa, mənə qarşı bu ittihamında dediyi fikirləri Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib dəqiqləşdirsin. Eldəniz Quliyev agentdirsə, separatçılığı alovlandırmaq üçün Azərbaycanda fəaliyyət göstərirsə MTN bunu araşdırmalıdır. Əgər sübuta yetirilməsə, Taleh Əliyev cavab verməlidir. Mən, onun məni agent adlandırmasını ittiham və təhqir kimi qəbul edirəm.Yeri gəlmişkən, Ümid Partiyasının sədri İqbal Ağazadə də mənə mətbuatda cavab verərək deyib ki, Eldəniz Quliyevə cavab verməyə vaxtım, həvəsim və səviyyəm imkan vermir. Sonuncu dediyi ilə razılaşıram. Onun səviyyəsi həqiqətən də mənimlə danışmağa imkan vermir. Çünki hələ Eldəniz Quliyev səviyyəsinə çatmalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info