Daha bir QHT Moldova ombudsmanına dəstək oldu
Tarix: 15.07.2013 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Bir müddət öncə Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriu Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Ermənistan tərəfin Azərbaycan torpaqlarının 20%-ə qədərini işğal etməsi və 26 fevral 1992-ci il tarixində Xocalıda azərbaycanlılara qarşı soyqırımın həyata keçirildiyini söylədi. Moldovalı xanım BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini də xatırladaraq, Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu da qeyd etdi. Məhz bu fikirlərinə görə xanım ombudsman Ermənistan hakimiyyət dairələri və müxtəlif qüvvələr tərəfindən ciddi təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb. Hətta xanım ombudsmanın Ermənistan sərhədlərini tərk etməsinə maneçilik törədildi və sərhədi tərk edə bilməsi üçün ondan üzr istəməsi tələb edildi.Yaranmış ciddi vəziyyətlə əlaqədar olaraq yalnız Moldova tərəfinin müraciəti əsasında Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirliklərinin köməkliyi ilə A.Qriqoriu Ermənistanı tərk edə bilib. Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğal, etnik təmizləmə və soyqırım faktlarının insan hüquqlarının müdafiəsi ilə məşğul olan rəsmi şəxs tərəfindən bu səviyyədə səsləndirilməsi Azərbaycanın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları və nüfuzlu şəxsləri tərəfindən yüksək qiymətləndirildi, xanım A.Qriqoriuya dəstək və minnətdarlıq aksiyalarına start verildi və dünya ictimaiyyətindən insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin tələblərini növbəti dəfə ciddi şəkildə pozan Ermənistan hökumətinə qarşı təzyiqlərin artırılması istənildi.
“Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi də məlum olayı pisləyərək bəyanat yayıb. Bəyanatda deyilir ki, ictimai birlik olaraq Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriuya qarşı Ermənistanda baş vermiş bu kobud hüquq pozuntusunu qətiyyətlə pisləyir, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatları Moldova ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa və hadisələrə obyektiv münasibət bildirməyə çağırırıq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info