Jurnalistin qatillərinin edamı tələb edildi
Tarix: 04.01.2019 | Saat: 02:20:00 | E-mail | Çapa göndər



Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalist Camal Kaşıkçının qətlində şübhəli bilinən 11 nəfərdən beşinin edam olunmasını tələb edib.

Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-nın mövzu ilə əlaqəli yaydığı məlumata görə, Kaşıkçı cinayətiylə əlaqəli ötən gün Ər-Riyadda ilk məhkəmə iclası keçirilib. Prokurorluq qatillərin şəriət qaydalarına uyğun cəzalandırılmasını istəyib.
Xatırladaq ki, Camal Kaşıkçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib.
O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib.
Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb.
Noyabrın 15-də krallığın prokurorluğu qətldə şübhəli bilinən beş şəxsin edam edilməsini tələb edib.
Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir.
Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir.
Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”
23.11.2020
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Kәrkükdә kütlәvi mәzarlıq aşkar edilib
23.11.2020
Tunisin paytaxtında avtobus qəzası: 50-yə yaxın yaralı var
23.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info