Gürcüstanda QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb
Tarix: 04.01.2019 | Saat: 03:44:00 | E-mail | Çapa göndər



Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. 2018-ci ildə 672 nəfər QİÇS-ə yoluxub. Bu, 2017-ci illə müqayisədə 41 nəfər çoxdur.
AZƏRTAC Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinə istinadla xəbər verir ki, 2018-ci il dekabrın 31-nə olan məlumata görə, ölkədə 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564 nəfəri kişi, 1870 nəfəri isə qadındır. Onların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır.
Mərkəzdən bildiriblər ki, 3989 xəstədə QİÇS-in inkişafı qeydə alınıb, 1515 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Qurumun məlumatına görə, HİV infeksiyasına yoluxma hallarının 39,9 faizi narkotik vasitələrdən istifadə nəticəsində, 46,4 faizi isə heteroseksual əlaqə vasitəsilə yayılıb.
QİÇS-ə yoluxanların 2719 nəfəri Tbilisidə yaşayır. Onların 87-si xarici ölkə vətəndaşıdır.
Qonşu ölkədə HİV infeksiyasına yoluxanlar arasında uşaqlar da var. Son məlumatlara görə, ölkədə 40-ı qız olmaqla 109 uşaq QİÇS-ə yoluxub. Onlardan 27-si artıq ölüb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13.11.2019
Misir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
13.11.2019
“Dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
13.11.2019
Havanın temperaturu enəcək, yağış yağacaq
13.11.2019
Cəbhədən yeni xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info