Dövlət Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi
Tarix: 04.01.2019 | Saat: 10:26:00 | E-mail | Çapa göndər


Artıq sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirə bilərlər.
Agentlikdən Trend-ə verilən məlumata görə, müvafiq ödənişləri www.asanpay.az portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür.
Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqlarının ödənişi yaxın gələcəkdə mərhələli şəkildə bütün ödəniş portalları və terminallarından həyata keçiriləcək.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?
27.11.2020
Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info