“Müsavatın namizəd qərarı “milli şura”da ziddiyyət yaradır”
Tarix: 15.07.2013 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


“Milli şura”nın öz namizədi, Müsavat Partiyasının isə öz namizədi var. Bu da “milli şura” daxilində müəyyən ziddiyyət yaradır”.
Bu açıqlamanı “milli şura”nın üzvü, “el” hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev verib. Onun sözlərinə görə, “milli şura”da seçkiləri boykot etməklə bağlı fərqli mövqelər var: “Mən boykotun tərəfdarı deyiləm və düşünürəm ki, “milli şura” sona qədər demokratik seçki uğrunda mübarizə aparmalı, vahid namizədinin qeydiyyata alınması istiqamətində səy göstərməlidir”. Z.Quliyev hesab edir ki, seçkilərin boykot edilməsi hadisələrin gedişindən asılıdır və bu variant istisna deyil: “Yəni boykot variantı da mümkündür, həmçinin elə bir vəziyyət yarana bilər ki, tək “milli şura”ya daxil olan partiyalar deyil, digər namizədlər də qeydiyyata alınmasa, boykot qaçılmaz ola bilər. Ancaq boykot variantını nəzərdə tutmaq və buna uyğun hərəkət etmək düzgün deyil”. Z.Quliyevin sözlərinə görə, “milli şura”nın ehtiyat namizədinin olmasının vacibliyi məntiqli yanaşma deyil: “Çünki “milli şura” məhz vahid namizəd üçün formalaşdırılıb və cəmiyyəti bu namizəd ətrafında birləşməyə çağırır. Bu baxımdan ehtiyat namizəd məsələsi yaransa, faktiki olaraq bu, “milli şura”nın bütün fəlsəfəsini, konsepsiyasını pozur və cəmiyyəti çaşdırır”. O, Müsavat Partiyasının seçkilərdə iştirak haqqında qərarının qüvvədə saxlanmasına da münasibət bildirib və qeyd edib ki, bu, partiyanın daxili işi olsa da, “milli şura”da təmsilçilik baxımından ziddiyyət yaradır: “Müsavat Partiyası bir neçə dəfə namizəd məsələsini qaldırıb. Bu, partiyanın daxili işi olduğundan, mən bu qərara hörmətlə yanaşıram. Lakin bu, “milli şura”da müəyyən dərəcədə ziddiyyət yaradır. Müsavat Partiyası “milli şura”da təmsil olunmasaydı, burada heç bir ziddiyyət olmazdı. Yəni ki partiya seçkilərə kənardan öz namizədi ilə qatılır. Ancaq Müsavat Partiyası “milli şura”nın formalaşmasında aparıcı partiyadır, həm də “milli şura”da təmsil olunur”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info