Bakı metrosu ilə 2 saata 35 min sərnişin daşındı
Tarix: 04.01.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin qatarları ilə dekabrın 31-dən yanvarın 1-dək adi günlərlə müqayisədə 120 mindən çox sərnişin daşıyıb.
Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bayram günlərində əvvəlki qeyri-iş günləri ilə müqayisədə sərnişin çoxluğu müşahidə olunub: "Təkcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 2 saat ərzində 35 min nəfərdən artıq sərnişin daşınıb. Ən çox sərnişin mərkəzə yaxın stansiyalarda, xüsusən də "Sahil"də olub".
B.Məmmədov əlavə edib ki, sərnişin sıxlığı zamanı metro stansiyalarında heç bir hadisə qeydə alınmayıb: "Stansiya əməkdaşları gecə saatlarına qədər gücləndirilmiş iş rejimində çalışıb, sərnişinlərin təhlükəsiz hərəkəti və mənzil başına çatdırılması üçün əlindən gələni edibır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək və onların mənzil başına rahat çatdırılması üçün bütün stansiyalar gecə saat 02:00-a qədər işləyib".
Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 430 minə qədər sərnişin daşınır.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar
26.11.2020
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək
26.11.2020
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info