Təhsil işçiləri üçün ixtisasartırma təlimlərində 500 nəfər iştirak edib
Tarix: 04.01.2019 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Paytaxt məktəblərində ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilən təlimlərdə fənn müəllimləri, direktor müavinləri və məktəb psixoloqları daxil olmaqla 500 nəfər iştirak edib.
Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən reallaşdırılan təlimlər 60 saatlıq proqramı əhatə edib.
Təlimlər zamanı iştirakçılar fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir metodiki yanaşmalarla tanış olublar. Həmçinin şagirdlərə mücərrəd anlayışların əyani vasitələrlə göstərilməsi üçün tətbiq olunan yeni metodiki qaydalar nəzərdən keçirilib.
Şagirdlərdə oxuyub-anlama, dinləyib-anlama, yazı, riyazi bacarıqların inkişaf etdirilməsi, məktəb mühitinin səmərəliliyinin artırılması, təlim motivasiyasının yaradılması, təhsil müəssisələrində psixoloji xidmətin əsas istiqamətləri, məktəblilərdə fiziki sağlamlığın qorunması və reabilitasiyası kimi mövzular ətrafında müzakirələr aparılıb.
Təlimlərdə yeni metodikaya yiyələnən iştirakçılar tədrisin keyfiyyətinin təmin olunmasında bu vasitələrin rolunu daha aydın müəyyənləşdirir, həmçinin fənlərə uyğun olaraq müvafiq qiymətləndirmə meyarlarını tərtib etmək üçün təcrübə qazanırlar.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
27.11.2020
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
26.11.2020
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
26.11.2020
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb
26.11.2020
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info