UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı
Tarix: 04.01.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Türkiyədə “Turk Patent və Marka Kurumu” tərəfindən də tanınıb. UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09,16, 35, 41 və 42 saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Bura təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyən edilməsi məqsədi ilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir.
Şərtlərə əsasən, növbəti 10 il ərzində UNEC brendi “Turk Patent və Marka Kurumu” tərəfindən də qorunacaqdır. Bir neçə xarici ölkə tərəfindən UNEC brendinin tanınması işi isə tamamlanmaq üzrədir. Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus UNEC brendi 2016-ci il yanvarın 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Aİİ-də bilik yarışında iştirak edən tələbələrlə görüş keçirilib
13.11.2019
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəlirlər
11.11.2019
Esse müsabiqəsi: “Qarabağ Azərbaycandır!”
11.11.2019
AMEA-nın Dendrologiya İnstitutunun cari ildəki fəaliyyəti müsbət qiymətləndirilib
08.11.2019
Çin 6G texnologiyası üzrə tədqiqatlara başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info