Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var!” müsabiqəsində I və III yerləri qazanıblar
Tarix: 04.01.2019 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində 1-ci və 3-cü yeri qazanıblar. Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər. Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Müsabiqə “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” adlı 4 nominasiya üzrə aparılıb. Müsabiqədə birinci yeri – “İstehsalat sularından litiumun ayrılması” adlı layihə ilə BANM-ın 5-ci kurs Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Əhməd Mehribanlı və onun komanda yoldaşı, Kanadanın Alberta universitetinin məzunu Cavid Əhmədov qazanıblar. Müsabiqədə III yeri də Ali Məktəbin tələbələri - Elmar Əsgərzadə, Hüseyin Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy özlərinin “ThermoNorth” adlı startup layihələrilə qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
27.11.2020
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
26.11.2020
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
26.11.2020
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb
26.11.2020
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info