SDU-da payız semestrinin imtahan sessiyası başlayıb
Tarix: 04.01.2019 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Yanvarın 3-dən Sumqayıt Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başladı. Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 11 dekabr 2018-ci il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalandı. Əmrə əsasən sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. İmtahan Qərargahın və "Qaynar xətt” xidmətinin sədri professor Şirxan Səlimovdur. Payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika və elekrtoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar. Bütün bunlara baxmayaraq, universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.
Yanvarın 4-də rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru dosent Qafar Atayev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları imtahan prosesini izlədilər.Rektor imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinlədi, müvafiq strukturların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Tələbələr də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
Hər il olduğu kimi bu il də universitetlərdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
26.11.2020
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb
26.11.2020
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib
26.11.2020
“Loqos”un sayca onuncu filialının ünvanı mütləq yuxarı Qarabağ olacaq!
25.11.2020
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info