İsveçrə bankının keçmiş əməkdaşları külli miqdarda dələduzluqda ittiham olunurlar
Tarix: 04.01.2019 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


İsveçrənin ikinci böyük maliyyə sindikatı olan “Credit Suisse Group AG”ın keçmiş əməkdaşları olan Andrü Pirs, Surcana Sinqxe, Detelina Subeve Londonda ABŞ-ın sorğusu əsasında həbs ediliblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Baş Prokurorluğunun nümayəndəsinin sözlərinə görə, adıçəkilən şəxslər Mozambik Respublikasının dövlət şirkətlərinin də iştirak etdiyi 2 milyard ABŞ dolları məbləğində dələduzluq əməliyyatında ittiham olunurlar. “Rüşvətxorluqla mübarizə qanununu pozmaq üçün sövdələşmə”, çirkli pulların yuyulması, qiymətli kağızlarla dələduzluq ilə bağlı maddələrlə ittiham olunan hər üç nəfər məhkəmənin qərarı ilə girov müqabiləsində sərbəst buraxılıblar.
İstintaqla əməkdaşlıq etdiklərini bildirən “Credit Suisse” “ittihamnaməyə görə, şəxsi mənfəət güdərək əməllərini gizlətməyə çalışan keçmiş əməkdaşlar bankın daxili nəzarət sistemini sıradan çıxartmağa cəhd göstəriblər” – şəklində şərh verib.
“Reuters”in qeyd etdiyi kimi, Bruklin Federal Prokurorluğunda araşdırılan eyni cinayət işi çərçivəsində dekabrın 29-da Cənubi Afrikada Mozambikin keçmiş maliyyə naziri Manuel Çanq da həbs edilmişdi. Həbs edilənlərlə bağlı ABŞ ekstradisiya tələbini irəli sürüb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
NATO kosmosda operativ əməliyyatlara başlamaq qərarına gəlib
20.11.2019
Tehran ABŞ-a nota göndərdi
20.11.2019
Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü
20.11.2019
İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı
20.11.2019
UNİCEF: “Yəməndə 12 milyona yaxın uşaq təcili yardıma möhtacdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info