Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan olunub
Tarix: 04.01.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. DİM-dən bildiriblər ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri, Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə yanvarın 4-dən fevralın 4-dək saat 18.00-ə qədər (30 gün müddətində) DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...
27.11.2020
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib – VİDEO
26.11.2020
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info