Summativ qiymətləndirmənin tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq
Tarix: 04.01.2019 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Nəticələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq

Summativ qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə qiymətləndirilməsi ədalətsizliyi aradan qaldıracaq. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
E.Əmrullayev qeyd edib ki, summativ qiymətləndirmə qaydalarının tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq: "Belə deyilir ki, ilin ortasından bunu necə tətbiq etmək olar? Ancaq biz bu qaydaların tədris ilinin ortasından tətbiqi üçün bir maneə görmürük. Düzdür, bəzi məktəblərdə 1-ci siniflərdə summativ qiymətləndirmə aparılıb, çünki mövcud qaydalar belə idi. Bundan sonra məktəblərdə 1-ci siniflər üçün summativ qiymətləndirmə aparıla bilməz. Məktəblərdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə isə hələ başlanılmayıb. Qiymətləndirmələr yarımillərin sonunda aparılır".
Nazirlik rəsmisinin sözlərinə görə, orta məktəblərdə summativ qiymətləndirmə zamanı təqdim olunan sualların 4 ağırlıq dərəcəsi olur: "İctimaiyyətdə belə yanlış təsəvvür var ki, bütün məktəblərdə qiymətləndirmə eyni olmalıdır. Belə olduqda fizika-riyaziyyat təmayüllü siniflər üçün nəzərdə tutulmuş sualları adi kənd orta məktəbin şagirdlərinə vermək olmaz".




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
26.11.2020
Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb
26.11.2020
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib
26.11.2020
“Loqos”un sayca onuncu filialının ünvanı mütləq yuxarı Qarabağ olacaq!
25.11.2020
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info