“Alimentando.info”: Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır
Tarix: 04.01.2019 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


İtaliyanın “Alimentando.info” qida saytında “Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır” sərlövhəli yazı yerləşdirilib. AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın fındıq istehsalı üzrə ABŞ-ı geridə qoyaraq Türkiyə və İtaliyadan sonra dünyada 3-cü yerə yüksəldiyi qeyd edilir. Yazıda bildirilir ki, 2017-ci ildə Azərbaycanda 18 min hektar fındıq tingi əkilərək, fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatıb. Məqsəd bağların ümumi sahəsini 80 min hektara çatdırmaqdır.
Qeyd olunur ki, 2018-ci ilin məhsul yığımı ekspertlərə ümumi istehsal həcmini dəyərləndirməyə imkan verib. Belə ki, ötən il Azərbaycanda 70 min ton fındıq istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 56 faiz (45500 ton) çoxdur. Onun böyük hissəsi xarici ölkələrə, xüsusən İtaliyaya ixrac edilib. İtaliya 2017-ci ildə Azərbaycandan 9 min ton fındıq alıb.
Azərbaycan Avropa İttifaqının, eləcə də MDB-nin 25-dək ölkəsinə də fındıq məhsulları ixrac edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Prezident Rusiya nümayəndələrini qəbul edib
13.11.2019
“Körfəz ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınması barədə müzakirələr apardıq”
13.11.2019
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13.11.2019
Almaniyanın tanınmış radioloqu Mərkəzi Gömrük Hospitalında
13.11.2019
“Azeri Light”ın bir barreli 67,54 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info