Ermənistanlı hərbçilər yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıblar
Tarix: 04.01.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissəyə məxsus avtomobil mülki nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbi avtomaşını idarə edən əsgərin ayağı sınıb. Onunla birlikdə olan Arsen adlı (soyadı gizlədilir) zabitin vəziyyəti ağır olduğundan təcili Xankəndi hərbi hospitalına yerləşdirilib. Faktla bağlı araşdırma başlayıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Kyaj adlı hərbi qulluqçu isə xidmət yerinə qayıdarkən şəxsi avtomobili ilə qəza törədib. Hərbçinin yaxınlarının sosial şəbəkədə paylaşdıqları xəbərdə deyilir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan həmin şəxs Ağdərə hospitalına yerləşdirilib. Həkimlər onun hərbi xidmətə yararlı olub-olmayacağının müalicədən sonra müəyyənləşəcəyini deyirlər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Sərmayələrin cəlbi və yeni müəssisələrin yaradılması sahəsində Ermənistanda heç bir iş görülməyib”
13.11.2019
Ermənistanda universitet müəllimləri tətil edən tələbələrə qoşulublar
13.11.2019
Türkiyədə “Gələcəyə nəfəs ol!“ kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
12.11.2019
Ermənilərin ölkədən köçü davam edir
10.11.2019
“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info