ABŞ və Almaniya Mursinin azadlığa buraxılmasını tələb edir
Tarix: 15.07.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Misirdə devrilmiş prezident Məhəmməd Mursinin minlərlə tərəfdarı paytaxt Qahirə və digər bölgələrdə etiraz aksiyalarını davam etdirir. Onlar Silahlı Qüvvələrin Ali Baş Komandanı Əbdül Fəttah Əs-Sisinin istefasını və Məhəmməd Mursinin öz postuna geri qaytarılmasını tələb edirlər.

“Əl-Cəzirə” televiziyasının məlumatına görə, ordunun irəli sürdüyü yol xəritəsini dəstəkləyənlər “Təhrir” meydanında nümayiş keçiriblər. Müdafiə Nazirliyi və Prezident Sarayına doğru yürüş edən M. Mursi tərəfdarları ordunun müqaviməti ilə üzləşərək geri çəkiliblər. Bundan əlavə, orduya məxsus bir neçə helikopter havadan etirazçılara üzərində aksiyalara son qoymağı tələb edən vərəqələr atıb. Vərəqələrdə, həmçinin asayişin qorunması, dövlət və hərbi müəssisələrə yaxınlaşmamaq tələb olunub. Digər tərəfdən ABŞ və Almaniya Misirin hərbi və siyasi liderlərindən Məhəmməd Mursini azadlığa buraxmağı tələb edib. Sinay yarımadasının şimalında isə terror aktı törədilib. İçərisində fəhlələr olan avtobusun hərəkət etdiyi yolda partlayıcı qurğu işə düşüb. Misir KİV-lərində yayılan ilkin məlumatlara görə, terror aktı nəticəsində 20-dək adam həlak olub. Lakin tibbi xidmətlər hələlik yalnız üç fəhlənin həlak olması və 18 zərərçəkənin ağır vəziyyətdə xəstəxanaya çatdırılması faktını təsdiq edirlər. Hüquq mühafizə orqanlarının fikrincə, partlayıcı qurğu hadisədən bir qədər əvvəl həmin yoldan keçmiş zirehli texnika üçün nəzərdə tutulub. Ordu terror aktından sonra yarımadaya aparan bütün giriş yollarını bağlayıb. Bu arada ölkənin yeni baş naziri Hazim Əl-Beblavi keçid hökumətinin gələn həftənin sonunadək tam formalaşacağını və andiçmə mərasiminin keçiriləcəyini bəyan edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sabiq başçısı, “Nobel” sülh mükafatı laureatı Məhəmməd əl-Baradey Misirin beynəlxalq münasibətlər üzrə vitse-prezidenti kimi ölkənin müvəqqəti prezidenti Ədli Mənsur qarşısında and içib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info