“Ölü nöqtə”dən çıxmaq üçün Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır”
Tarix: 15.07.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


“Azərbaycan öz prinsipial mövqeyini daim səsləndirir. Bu mövqe ondan ibarətdir ki, sülh prosesini ölü nöqtədən tərpətmək üçün Ermənistan silahlı qüvvələri ən azı Azərbaycanın işğal altında olan ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır”.
Bu açıqlamanı Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə toxunan Elman Abdullayev bildirib ki, erməni qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmağa başlaması sülh prosesinin davam etdirilməsinə baza yarada bilər. Xatırladaq ki, Edvard Nalbandyan mətbuat konfransında bildirib ki, iyulun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin yalnız işğal altında olan ərazilər azad edildikdən sonra davam etdirilə biləcəyi məsələsinə toxunulmayıb. Elman Abdullayevin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində olması sülh prosesini irəli aparmağa imkan vermir: “Beynəlxalq ictimaiyyəti həmişə çaşdırmağa çalışan erməni tərəfi münaqişənin nizamlanması prosesini uzatmaqla öz işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Dünya ictimaiyyəti artıq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Beynəlxalq təşkilatların qəbul etdiyi bütün sənədlərdə Ermənistan təcavüzkar ölkə kimi qəbul olunur. Dünya birliyi rəsmi İrəvana layiqli şəkildə təzyiq göstərməlidir. Çünki sülh prosesinin irəliləməsinə Ermənistanın siyasi iradə nümayiş etdirməməsi və ortaya qeyri-konstruktiv mövqe qoymasıdır”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info