“Dövlət qulluğuna qəbul olunanların 80 faizindən çoxu gəncdir”
Tarix: 15.07.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Henning Tveste: “Azərbaycanın informasiya texnologiyaları əsasında işə qəbul mexanizmi var ki, bu da regionda qabaqcıl nümunədir”

“Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlara Dəstək” İkitərəfli Layihənin başa çatması ilə bağlı mətbuat konfransı keçirildi. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının (DQMK) sədri Bəhram Xəlilov bildirdi ki, komissiya fəaliyyətə başlayandan bu sahədə məqsədi şəffaflığı təmin etməkdir. DQMK məhz bu şəffalığın amili kimi dövlət qulluğuna qəbulun test imtahanları ilə keçirilməsinə önəm verib.

“2013-2015-ci illər üçün Azərbaycanın dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb

Adıçəkilən layihənin həyata keçirilməsinə 2009-cu ilin avqustundan başlandığını deyən komissiya sədrinin sözlərinə görə, layihənin məqsədi Azərbaycanın mərkəzi icra hakimiyyət orqanlarında dövlət qulluğu sahəsində şəffaf və vətəndaş yönümlü fəaliyyətin inkişaf etdirilməsi və yaxşı idarəetmənin dəstəklənməsi olub: “Layihənin işi komissiyanın təşkilatı imkanlarının gücləndirilməsi, dövlət qulluqçuları üçün təlim və ixtisas sisteminin yaradılması, komissiyanın və onun tərəfdaşları arasında əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qulluğunda bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu islahatı üçün strategiya və hüquqi müddəalarla bağlı məsləhət xidmətlərinin yaradılması kimi istiqamətləri əhatə edib. Gələcəkdə islahatları davam etdirmək, dövlət qulluğu sahəsində ən qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, habelə bu sahədə Azərbaycan təcrübəsini təqdim etmək üçün Kanada, İrlandiya, Hollandiya və digər ölkələrə komissiya əməkdaşlarının təlim səfərləri təşkil edilib, Bakıda iki beynəlxalq konfrans keçirilib. Bundan başqa dövlət qulluğu üçün təlimlərin hazırlanması və həyata keçirilməsi məqsədilə vahid, o cümlədən tələb yönümlü təlim sistemi inkişaf etdirilib. Dövlət qulluqçularının təlim ehtiyaclarının müəyyən edilməsi üçün komissiya mühüm işlər görüb. Dövlət qulluqçularının bacarıq və peşəkarlıqlarını davamlı olaraq artırmaq məqsədilə həm ölkə daxilində, həm də xaricdə təlim kursları təşkil edilib. Layihə çərçivəsində Bakıda mərkəzi icra hakimiyyəti orqanlarının və məhkəmə hakimiyyəti orqanlarının mərkəzi aparatlarında qulluq keçən dövlət qulluqçuları üçün həmçinin yerlərdə isə mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında, yerli icra hakimiyyəti orqanlarında və yerlərdə fəaliyyət gösətərən məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün insan resurslarının idarə edilməsi, dövlət qulluqçularının etik davranış qaydaları, vaxtın idarəedilməsi və s. mövzularda təlimlər keçirilib. Vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurulub”. Bildirildi ki, dövlət qulluğunda bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqələrdə namizədlərin qeydə alınması online həyata keçirilir. B.Xəlilov bildirdi ki, layihə çərçivəsində komissiya “2013-2015-ci illər üçün Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı strategiyası”nın layihəsini hazırlayaraq Prezidentə təqdim edib. Strategiyanın məqsədi dövlət qulluğu sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi, dövlət orqanlarında insan resurslarının idarə edilməsində mövcud çatışmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi və ondan effektiv istifadədir. Həmçinin insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl texnologiyaların tətbiqi, yüksək mənəvi və etik dəyərlərə, bilik, bacarıq və şəxsi keyfiyyətlərə malik dövlət qulluqçuları heyətinin formalaşdırılması yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərərliliyin artırılmasıdır. Strategiya dövlət orqanlarında kadr siyasəti sahəsində həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısa müddətli tədbirləri müəyyən edir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə rəhbəri Henning Tveste bildirdi ki, 5 il ərzində Azərbaycanda aparılan əməkdaşlıq çox məhsuldar keçib. Azərbaycanda adıçıkilən layihə ilə bağlı bir çox müsbət nəticələr əldə etdiklərini deyən H.Tveste qeyd etdi ki, dövlət qulluğnun şəffaflığı, müasirləşmə, ölkənin inkişafı üçün lazımdır. Azərbaycanda həyata keçirilən layihələrdə böyük nəticələr əldə etdik. Hətta hüdudlardan kənara çıxır. Onu da qeyd edim ki, bu nəticə digər ölkələrdə müsbət nümunə kimi istifadə edilə bilər: “Müasir və peşəkar dövlət xidməti olmadan ölkələr adekvat şəkildə qloballaşma proseslərinə cəlb oluna bilməz. Əməkdaşlığımız zamanı əldə olan üç əsas nəticə bunlardır: Azərbaycanın standartlaşdırılmış informasiya texnologiyaları əsasında işə qəbul etmə mexanizmi var ki, bu da regionda qabaqcıl nümunədir. DQMK vasitəsilə minlərlə insanlar bu sistem vasitəsilə daxil olur və işə qəbul olurlar. DQMK-nın fəaliyyəti beynəlxalq səviyyədə dəstək alır və hazırda xarici ölkələrdən vəsatət alırıq ki, Azərbaycanın təcrübəsini öyrənsinlər. Azərbaycanda bu iş dövlət rəhbərliyi səviyyəsində dəstəklənir. GİZ və komissiya etibarlı tərəfdaşlıq qurub və bu faydalı işbirliyi örnək ola bilər”.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger isə bildirdi ki, GİZ artıq uzun müddətdir ki, müstəqil Azərbaycanda fəaliyyət göstərir: “Bu müddət ərzində həyata keçirilən layihələrə 300 milyon manat vəsait sərf edilib. Belə uğurlu layihələrdən biri də məhz “Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlara Dəstək” İkitərəfli Layihəsidir. Yaxşı idarəçilik- xalq hökumətdən nə istəyirsə, o da onların istəyi əsasında qurulur. Azərbaycan yalnız məhsul ixrac edən ölkə deyil, qanunvericilik aktları hazlırlıq sahəsində işlər aparılır. DQMK da bir qurum olaraq şəffaf bir qurum kimi tanınıb və uğurlar əldə edib. Azərbaycan Almaniya beynəlxalq əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

“Gənclər bakalavriat pilləsini bitirən kimi dövlət qulluğuna
qəbul olmaq istəyir”


Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrin iyunun 6-dan başlayan test imtahanı mərhələsi sabah başa çatır. DQMK sədri Bəhram Xəlilov bildirdi ki, müsabiqə zamanı 94 dövlət orqanında beşinci-yeddinci təsnifatlarına uyğun olan 1011 vakansiya elan edilib.
Onun sözlərinə görə, bu vaxta kimi 1200-dən çox adam test imtahanı mərhələsindən keçib. Test imtahanları ilə paralel olaraq 3 həftədir müsahibələr başlayıb. Komissiya sədri qeyd etdi ki, indiyə kimi 3 min nəfərə yaxın insan dövlət qulluğu sahəsində işə qəbul olunub: “Onlardan 80%-dən çoxu gənclərdir. Hətta son dövrlər gənclər bakalavriat pilləsini bitirən kimi dövlət qulluğuna qəbul olmaq istəyir. Kim hamıdan yaxşıdırsa, şəxsi keyfiyyətləri yuxarı səviyyədədirsə, dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqədə uğur qazanır”.

İlin sonuna kimi Dövlət Qulluğu
Məcəlləsinin son variantı hazırlanacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) tərəfindən Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanaraq həm dövlət orqanlarına, həm də vətəndaş cəmiyyətinin fikir və təkliflərini almaq üçün onlara təqdim olunub. DQMK sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, məcəllənin layihəsi komissiyanın rəsmi internet saytı vasitəsilə ictimai müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, daxil olan bütün mütərəqqi təklif və rəylər nəzərə alındıqdan sonra məcəlləyə bir daha ictimai baxış keçiriləcək: “Dövlət qulluğu sahəsinə aid 20-dən çox qanun, 60-dan çox normativ hüquqi aktlar var. Bunların hər birini yerlərdə tətbiq etmək müəyyən çətinliklər yaradır. Ona görə də Dövlət Qulluğu Məcəlləsinin yaradılmasında məqsəd dövlət qulluğu sahəsinə dair bütün qanunların və normativ hüquqların vahid sistemdə birləşməsidir. Dövlət Qulluğu Məcəlləsinin hazırlanması 2 dövlət proqramında nəzərdə tutulub. Bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi “Dövlət Qulluğu Məcəlləsi”nin son variantı hazırlanacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info