“Paşinyan hökumətinin real reytinqi aşağıdır”
Tarix: 08.01.2019 | Saat: 17:59:00 | E-mail | Çapa göndər



Ölkə vətəndaşlarının təxminən 50 faizi hakimiyyətin hərəkətlərini mənfi qiymətləndirir


Sosioloji Araşdırmalar Mərkəzinin direktoru Aqaron Adibekyan ötən ilin sonlarında erməni cəmiyyətinə hakim olan əhval-ruhiyyəni şərh edərək, Paşinyan hakimiyyətinin real reytinqinin göründüyü qədər də yüksək olmadığı qənaətinə gəlib. Sosioloqun fikrincə, ölkə vətəndaşların təxminən 50 faizi hakimiyyətin hərəkətlərini müsbət qiymətləndirir. Adibekyan qeyd edib ki, bu gün Ermənistanda bəzi təcrübələrə malik yüksək təhsilli insanlar Paşinyın və onun komandasının seçki kampaniyası zamanı verdiyi vədləri həyata keçirə bilməyəcəyini yaxşı anlayırlar. Onlar yaxşı bilirlər ki, bu, Paşinyanın adicə kampaniya vədləri idi ki, elə vəd olaraq da qalacaq. Çünki baş nazir əvəzinin verdiyi vədlərin həyta keçirilməsi çox çətin bir prosesdir: «…Elə bu gün də Ermənistanda olan iş adamları öz bizneslərini inkişaf etdirmək istəmirlər. Çünki onlar sabah ölkədə nələr baş verəcəyini bilmirlər».
Adibekyana görə, bu kateqoriyadan olan vətəndaşlar səlahiyyətlilərin siyasətlərinə çox sərt qiymət verərək ölkədəki «inkişafı» izləməyə üstünlük verirlər.

Qeyd edilməlidir ki, bu arada Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov ölkənin mövcud hakimiyyət orqanlarının siyasətini yenidən tənqid edib: « Yeni il Ermənistanda insanlar üçün narahatlıq artıran hadisə və fenomenlərlə başlayıb». Şarmazanov bu sözləri özünün şəxsi «Facebook» səhifəsində yazıb. Ölkədə bir sıra zəruri malların qiymətlərində artımı, 2018-ci il büdcəsinin yerinə yetirilməməsini diqqətə çatdıran Respublikaçılar Partiyasının nümayəndəsi bunun ölkə üçün böyük fəsadlar gətirəcəyini bildirib.

“Bu gün Ermənistanda olan iş adamları öz bizneslərini inkişaf etdirmək istəmirlər. Çünki onlar sabah ölkədə nələr baş verəcəyini bilmirlər”

Siyasi sahədə Şarmazanov yeni formalaşacaq parlamentdə «real müxalifət»in olmamasından narahatlıq ifadə edib. O, həmçinin İrəvanın KTMT-dəki Baş katibliyinin itirməsini və bu strukturda Ermənistanın mövqeyinin zəifləməsini də ölkəsi üçün narahatedici hal kimi dəyərləndirib. Son bir nöqtə olaraq, Şarmazanov «Paşinyanın vəd etdiyi erməni-rus dostluğunun əvəzinə», rus qazının qiymətinin artdığını bildirir: «Paşinyanın uğursuzluqları ilə bağlı siyahı uzun olsa da, burada yaxşı bir xəbər də var… Məsələ bundadır ki, baş nazir vəzifəsini yerinə yetirən bir şəxs bütün bunları özü üçün məğlubiyyət hesab etmir. Əslində, bütün bunlar- «dəqiq qələbələr və iqtisadi inqilab» bizim üçün gözlənilən idi».
«1in.am» saytının verdiyi məlumata görə, «bir həftə sonra, yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək, bu da Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yanvarın 14-də Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin ediləcək, bir neçə gün ərzində hökumətin tərkibini prezidentə təqdim edəcək». Saytın yazdığına görə, Paşinyandan xalq tərəfindən tələb olunan davamlı iş, siyasi iradə, yaradıcı kadrların təyinatı kimi məsələlər həyata keçirilmədi. Qeyd edilməlidir ki, hətta yeni sistemin ümumi xüsusiyyətləri hələ də dəqiqləşdirilməyib: « İnqilab dövründə və növbəti doqquz ay ərzində biz aydın siyasi və iqtisadi mesajlar eşitməmişik və bu mənada iqtisadi inqilabın 2019-cu il üçün prioritet olduğunu elan etmiş Nikol Paşinyanın nədən başlayacağı hələ də məlum deyil. Belə görünür ki, keçid dövrü sona çatdı: artıq Nikol Paşinyan diletantizmi inkar etməyə davam edərsə, tələbkar erməni cəmiyyəti buna daha dözməyəcək».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info