Xəzərdə yeni platforma quraşdırılacaq
Tarix: 16.07.2013 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 740 nömrəli platformanın inşası başa çatmaq üzrədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı şirkətin “Neftqaztikinti” Trestidir.
Səkkiz istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş özül dənizin 10 metr dərinliyində yerləşdiriləcək. Səkkiz bloklu özül 2 hissədən-istehsalat və yaşayış sahələrindən ibarətdir. Bu sahələr hər birinin uzunluğu 36 metr olan 2 piyada körpüsü ilə əlaqələndirilib. Özüldə ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 7 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik aqreqatı quraşdırılıb. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilib. Yaxın vaxtlarda özülün istismara qəbul ediləcəyi gözlənilir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info