Müsavat Rəsul Quliyevi “yıxıb-sürüdü”
Tarix: 16.07.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Bu arada Müsavatla ACP arasındakı ziddiyyətlər “milli şura”nı “yuyub-aparan” çoxbucaqlı ziddiyyətlər sırasında qeyd edilməlidir. İsa Qəmbərin namizədlik məsələsindən əl götürməməsi “milli şura”da ona rəqib olan digər tərəflərin, xüsusilə də ACP-nin və onun mühacir lideri Rəsul Quliyevin İsa Qəmbəri ciddi tənqid atəşinə tutmasına və aşağılamalarına səbəb olub. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin ikinci namizədlə bağlı fikirlərinə cavab verib: “Bu məsələdən ən az danışmağa mənəvi haqqı olanlardan biri də Rəsul Quliyevdir. Çünki Rüstəm İbrahimbəyovun Bakıya gəlib namizəd ola bilməsi və ya bilməməsi, ehtiyat namizəd olması məsələsi ”Rəsul Quliyev sindromu" adlandırılır cəmiyyətdə. Xatırlayırsınızsa, 2005-ci ildə Rəsul Quliyev “gəlirəm, gəlirəm” deyə-deyə gedən proseslərə nə qədər böyük zərbə vurdu".
T.Abbaslı deyib ki, “milli şura” yaranan gündən Müsavat Partiyası vahid namizəd tərəfdarı olub: “Ancaq lap əvvəldən də qeyd etmişdik ki, Müsavat Partiyası 2013-cü il seçkilərində heç bir halda müxalifətin kənarda qalmasını istəmir. Yəni prezident seçkilərində müxalifətin namizədi ilə iştirakının tərəfdarıdır. Qəti şəkildə boykot tərəfdarı deyilik. Odur ki, Rəsul Quliyev və digərlərinin nə deməyindən asılı olmayaraq, seçkidə iştirak edəcəyik. Yəni ki, Rüstəm İbrahimbəyov qeydə alınmasa, biz kiminlə seçkiyə gedəcəyik? Namizədsiz koalisiyanın ətrafına insanları necə toplamaq olar? Ümumiyyətlə, belə bir presedent yoxdur. Boykot 1998-ci ildə də, 2008-ci ildə də olub. Amma belə bir presedent yoxdur ki, hansısa birlik namizədsiz nəticə əldə edə bilsin. Müsavat Partiyası boykotun və boykota apara biləcək bütün hərəkətlərin əleyhinədir”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
03.06.2020
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03.06.2020
Yüksək texnoloji cəmiyyətin müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info