“Milli şura” üzvləri bir-birilərini təhqir edirlər
Tarix: 16.07.2013 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


AXCP və Müsavat arasında qalmaqallar son günlər daha da kəskinləşməkdədir. “Mili şura”da təmsil olunan iki partiya bir-birilə artıq heç bir formada yola getmək istəmir. AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər arasında olan kəskin ziddiyyətlər artıq onların başçısı olduqları partiyaların hər bir üzvünə sirayət edib. Belə ki, tərəflər yeri gəldi-gəlmədi, rast düşdü-düşmədi, bir-birilərini abırdan salmaqla, şantaj etməklə və aşağılamaqla məşğuldurlar. Sanki hər bir AXCP-çi özünün “siyasi bacarığını” realizə etmək üçün birinci olaraq Müsavatı “asıb-kəsməyi” özünə borc bilir. Ya da hər bir müsavatçı siyasətdə “ad qazanmaq” üçün cəbhəçiləri təhqir edib, onların eyibini açıb göstərməyi birinci vəzifə hesab etməyə başlayıb. Beləliklə, hər iki tərəfin üzvləri və nümayəndələri tanınmaq və ad qazanmaq üçün konkret olaraq qarşı tərəfi sıradan çıxarmaqla məşğuldurlar.
Bu arada AXCP funksioneri Həsən Kərimov yeni atışmaya birinci başlayıb. O, mətbuata açıqlamasında deyib ki, “bəzi Müsavat funksionerləri iki partiya arasında nifaq salacaq mövqe sərgiləyirlər, amma biz buna ciddi əhəmiyyət vermirik”. Təbii ki, buna Müsavat tərəfindən dərhal “pulemyot” və “iri çaplı silahlarla” cavab gəlib - Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı deyib ki, AXCP funksionerləri ara qatmaqla məşğuldurlar: “Facebook” sosial şəbəkəsində Müsavatın qərarlarını təftiş etməklə məşğuldurlar, az qala hansı rayon təşkilatımızda nə vaxt iclas keçirməyimizi məsləhət görmək istəyirlər. Bu, müttəfiqliyə sığmayan hərəkətlərdir. “Milli şura” yarananda da belə hərəkətlərə yol verilməməsi haqda ümumi razılıqlar var idi. Bu, Həsən Kərimovun birinci müsahibəsi deyil, artıq neçənci dəfədir ki, açıq və ya dolayısı ilə Müsavatın mövqeyini tənqid edir”. T.Abbaslı deyib ki, partiyamız atdığı hər bir addımı nə Həsən Kərimovla, nə də qeyri partiyalarla hesablaşmır. 100 ildən artıq tariximizdə səhv qərarımız olmayıb. Konkretləşdirmədən deyirəm ki, amma bəzilərinin təmsil olunduğu 20 illik qurumların tarixində azı 20 min səhv qərarları var”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info