Yerli özünüidarənin inkişafında Türkiyə təcrübəsi
Tarix: 16.07.2013 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin Bələdiyyə Tədqiqatları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin və Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndələrindən ibarət heyətin İstanbul Böyükşəhər Bələdiyyəsinə işgüzar səfəri təşkil olunub. Nümayəndə heyətinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə rəhbərlik edib. Heyətin tərkibinə millət vəkilləri Tahir Rzayev və Rüstəm Xəlilov, Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin müdiri Səbuhi Yusifov və müdir müavini Xanlar Heydərov, Milli Məclisin və Şəhər Bələdiyyələri Assosiasiyasının mütəxəssisləri daxil edilib. Səfərin məqsədi bələdiyyə sahəsində Türkiyə təcrübəsinin araşdırılması olub. Səfər zamanı bir sıra mühüm görüşlər və tədbirlər keçirilib. İstanbul Böyükşəhər Bələdiyyəsinin mütəxəssislərinin təqdimatı ilə Türkiyədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, maliyyə mənbələri, ictimaiyyətlə münasibətləri və sair kimi mövzularda seminarlar keçirilib. Nümayəndə heyətinin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaşla görüşü olub. Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bir daha vurğulanmış, Azərbaycanda yerli özünüidarənin inkişafı üçün Türkiyə təcrübəsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Səfər zamanı İstanbul Böyükşəhər Bələdiyyəsinə aid olan və şəhər təsərrüfatının ayrı-ayrı sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər də ziyarət edilib, təcrübə mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info