Tərəqqi və yüksəlişin başlanğıc günü
Tarix: 16.07.2013 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Tərəqqi və yüksəlişin başlanğıc günü” mövzusunda 172-ci məşğələsi keçirildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlməsinin 44 illiyi münasibəti ilə keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq vurğuladı ki, 44 il əvvəl-1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublikanın rəhbəri seçilməsi ilə Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmış, sənaye və kənd təsərrüfatı, elm və təhsil, səhiyyə inkişaf edib. 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, sosial-iqtisadi, hərbi, siyasi tərəqqisində misilsiz rol oynayıb. Rektor bildirdi ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, ziyalı gənclik bu siyasəti qətiyyətlə dəstəkləyəcək.
Universitetin Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli mövzu ilə bağlı məruzə etdi. Məruzədə qeyd olundu ki, Azərbaycan dövlətçiliyi ideyasının totalitar sovet rejimi dövründə yaşaması və sonradan yenidən reallaşdırılması dünyaşöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər dövründə milli tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin yaşadılması, yerli infrakstrurun inkişafı, milli intellekt bazasının formalaşmasında bu dahi şəxsiyyətin müstəsna xidmətləri olub. Məruzəçi müstəqil Azərbaycanın xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün və ədalətin müdafiəçisi Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövrünü müstəqilliyin xilas edilməsi, müstəqil dövlətçiliyin əsasının qoyulması və qorunub saxlanılması, Azərbaycanın dövlət quruculuğunun dönməzliyinin təmin edilməsi və möhkəmləndirilməsi kimi mərhələlərlə xarakterizə edərək onun demokratik və hüquqi dövlət quruculuğu, uğurlu daxili və xarici siyasətin müəyyənləşdirilməsi, milli ideologiyanın yaşadılması və təbliği istiqamətində gördüyü işlərdən bəhs etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının bugünkü hərtərəfli inkişafının əsası ümummilli lider tərəfindən qoyulub və Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev Azərbaycanın daha da tərəqqi etməsi, qüdrətli və zəngin bir dövlətə çevrilməsi istiqamətində bu siyasəti uğurla davam etdirməkdədir.
Məşğələ diskussiya şəklində başa çatdı.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info