YAP 125 seçki dairəsindən imza toplayacaq
Tarix: 16.07.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı seminar keçirilib.
Seminarda çıxış edən YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması barədə ətraflı məlumat verib. Bildirilib ki, YAP-ın Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 min 100 imza toplanmalıdır. Bu da partiya üzvlərinin 8 faizini təşkil edir.
Seçki Məcəlləsinə görə, bir namizəd üçün ümumilikdə 40 min seçici imzası toplanmalıdır. O deyib: “YAP öz namizədinin müdafiəsi üçün bir milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə, azı 60 seçki dairəsindən imza toplanmalıdır. Lakin YAP idarə heyəti bütün 125 dairədən imza vərəqələrinin toplanılması ilə bağlı qərar qəbul edib”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info