“Onlar bir-birilərinə badalaq vurub, bir-birilərini meydanda tək qoyub”
Tarix: 16.07.2013 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Ənənəvi müxalifətin “kannibalizmi” düşərgə mənsublarında pessimizmi gücləndirib



Ənənəvi müxalifət partiyaları qarşıdakı prezident seçkiləri ərəfəsində elə ənənəvi didişmə üsulları ilə də bir-birilərinin sonunu çatdırmağa tələsirlər. Bu ərəfədə “milli şura”da bir araya gələn AXCP, Müsavat, ACP, ALP və sair partiyalar sanki daha yaxından bir-birilərini sıradan çıxarmaq üçün belə bir qurumda toplaşıblar. Öncədən də dəfələrlə yazmışıq ki, “milli şura” adlı qurum müxalifətin didişmə mərkəzlərindən birinə çevriləcək. Doğrudan da həmin qurumda toplaşan ənənəvi müxalifət partiya və başçıları bu proqnozu yüzə-yüz doğrultmaqdadır. Ənənəvi müxalifətin bu cür intriqant xarakteri və “kannibal” xüsusiyyəti(həmcinslərinin ətini yemə) müxalifət düşərgəsi mənsublarında pessimizmi daha da artırmaqdadır.
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov “Palitra”ya açıqlamasında bu barədə belə bildirdi: “Müxalifət düşərgəsində illərdən bəri davam edən mübahisələr, qarşılıqlı ittihamlar, “münasibətlərin aydınlaşdırılması” prosesinin seçki ərəfəsində də davam etməsi təəssüfedici haldır. Doğrudur, zahirən müxalifət daxili inteqrasiya, birlik və əməkdaşlıq görüntüləri yaradılıb. Lakin daxili çəkişmələr əvvəlkilərdən də artıq dərəcədə qalmaqdadır. Bunun müxtəlif səbəbləri var. Birincisi, adını çəkdiyiniz partiyalar arasında uzun müddətli ixtilaflar, qarşılıqlı inamsızlıqlar, bir-birilərini həzm etməmək, eyni sosial təbəqəyə, elektorata və ideologiyaya iddia rəqabət mühitindən çıxaraq düşmənçilik müstəvisinə enib. Digər tərəfdən zaman-zaman onlar bir-birilərinə badalaq vurub, bir-birilərini meydanda tək qoyub. Eyni zamanda hərəsi müxtəlif vaxtlarda hakimiyyətdən güzəştlər qopararaq ümumi mənafeləri firqə maraqlarına qurban veriblər. İndi də həmin inamsızlıqlar, bir-birilərinə şübhəli yanaşmalar qalmaqdadır. Digər səbəblər də var ki, bunların dərinliyinə getmək istəməzdim. Bütün bunlar isə həmin partiya mənsubları arasında daxili baryer yaratmaqla yanaşı, daxili kin-küdurət toxumu da səpir. Hər fürsətdə isə bu yanaşmalar özünü büruzə verir”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info