“Ermənistan dünyadan təcrid olunmuş bir ölkə həddinə çatıb”
Tarix: 14.01.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Qrant Melik-Şahnazaryan:”Məxməri inqilab» bizim strateji tərəfdaşlar və müttəfiqlərimizlə əlaqələrimizi məhdudlaşdırdı”

«Ermənistan son aylarda dünyadan təcrid olunmuş bir ölkə halına gəlib. Burada fiasko təhdidindən deyil, ancaq reabilitasiya imkanları haqqında danışmaq lazımdır. Reallıq budur ki, bu gün Ermənistandakı siyasi hakimiyyət üzərinə götürdüyü məsuliyyət üçün kifayət qədər təcrübəyə malik olmadığını ortaya qoyub». Bu fikirləri erməni siasətçi Qrant Melik-Şahnazaryan «Tert.am» saytına danışarkən bildirib.
Bu gün hakimiyyətin ölkədə yaranmış problemdləri həll edə bilmədiyini dilə gətirən Qrant Melik-Şahnazaryan parlamentin bu mənada hökumətdən bir qədər fərqli olacağına ümid etdiyini bildirib: «Əsl siyasi ağırlığı olan ciddi qüvvələrin parlamentə düşə bilməmələri göz önündədir. Məhz elə bunun nəticəsi kimi, parlamentdə müzakirəyə çıxarılacaq əsas məsələlərdə bütün parlament qüvvələri eyni mövqedən çıxış edəcəklər. Doğrudur, bu qüvvələrdən biri, təbii ki, özünü müxalifət kimi təqdim edərək belə mövqedən çıxış etməyə çalışsa da, lakin siyasi qanunların müzakirə edilməsində problemlər yaşanacaq. Əslində, bütün parlament qüvvələri bir-biri ilə əməkdaşlıq edən qüvvələrdir ki, bu halda da, heç bir real müxalifətdən söhbət gedə bilməz. Bu prosesdə ciddi bir fikir ayrılığı varsa, bu başqa bir məsələdir, ancaq müxalifət ideoloji cəhətdən çox oxşar olduğu üçün, bu proqramlaşdırılmış bir müxalifət olacaq».


“Hazırda bizim Avropa İttifaqı ilə də münasibətlərimizdə elə də ciddi bir irəliləyiş yoxdur, əksinə, müqavilənin ratifikasiyası Avropa ölkələrinin parlamentlərində dayandığı halda, Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Bizim bu gün ABŞ ilə də heç bir əlaqəmiz yoxdur”


Maraqlıdır ki, parlament diplomatiyasının aparacağı xarici siyasət barədə danışan Şahnazaryan bu sahəyə parlamentdən kimlərin çəlb edəiləcəyinə tərəddüdlə yanaşır və ümumiyyətlə, yeni parlamentdə belə bir insan potensialını görmədyiyni etiraf edir.
Ümumiyyətlə, mövcud hökumətin xarici siyasətini qiymətləndirən politoloq deyib: «Son aylar Ermənistan dünyadan təcrid olunmuş bir ölkə həddinə gəlib. «Məxməri inqilab» bizim strateji tərəfdaşlar və müttəfiqlərimizlə əlaqələrimizi məhdudlaşdırdı. Bu gün bizim Avropa İttifaqı ilə də münasibətlərimizdə elə də ciddi bir irəliləyiş yoxdur, əksinə, müqavilənin ratifikasiyası Avropa ölkələrinin parlamentlərində dayandığı halda, Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Bizim bu gün ABŞ ilə də heç bir əlaqəmiz yoxdur. Yəni hər şey artıq pozulub, burada fiasko təhlükəsi ilə bağlı deyil, reabilitasiya imkanları haqqında danışmalıyıq, amma xatırlatmağa dəyr ki, bunlar eyni yanaşmalarla idarə olunarsa, bu da elə bir uğur qazanmayacaq».
Bu gün Ermənistanın xarici siyasət sahəsində də hər kəsin gözləmə mövqeyinə diqqət çəkən erməsi siyasətçi, nədənsə, ölkəsinin dünyadan təcrid ounduğunu əsl səbəbini dilə gətirmir.
«…Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə, Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı». Qeyd edək ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib. Erməni politoloqların da eyni fikri səsləndirmələri o deməkdir ki, Azərbaycanın seçdiyi yol düzgündür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info