Müxalifətin paylaşmaları sosial şəbəkələrdə niyə az bəyənilir?
Tarix: 15.01.2019 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Son zamanlar sosial şəbəkələrdə antiazərbaycan dairələr və “beşinci kolon” tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması halları çoxalıb. Xüsusən də belə kampaniyalar müxtəlif kiçik sosial problemlərin qabardılması və ya hansısa siyasətə, jurnalistikaya dəxli olmayan birinin törətdiyi əmələ görə həbsdə saxlanılması üzərində qurulur. Müxtəlif vasitə və üsullardan istifadə edən “beşinci kolon”un nümayəndələri, onların əlaltıları, sosial şəbəkələrin geniş imkanlarından istifadə edən radikal müxalif gənclər və bir qrup mühacirin bu anormal fəaliyyəti xalq tərəfindən də narazılıqla qarşılanır. Xaricə müxtəlif üsullarla qaçıb, sonradan siyasi fəaliyyətlə məşğul olan və ya ölkəmizdə uğursuzluğa düçar olduqdan sonra başqa ölkələrə sığınan “iaşə müxalifəti” son fəaliyyətləri ilə, əslində, milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa edirlər. Amma bir qrup müxalifətçi də var ki, onlar ənənəvi müxalifət nümayəndəsi kimi tanınır və bu adamlar da unudulmaları ilə barışmayaraq “Facebook”da aktiv görünməyə çalışırlar. Onların anormal fəaliyyəti isə, ümumiyyətlə, izlənmir...
Buna misal olaraq Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşı Mustafa Hacıbəylini göstərmək olar. O, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yaymaqla yetinməyərək, xaricdən Azərbaycana qarşı istənilən xəbər və ya bəyanatı bəh-bəhlə yayaraq gecə-gündüz öz fəaliyyətini bu iş üzərində qurur, sosial şəbəkələrdə insanların beynini korlamaqla məşğul olur. Guya, dünyada ölkəmizə qarşı mənfi fikir formalaşıb və s. Əslində isə öz vətənlərinə qarşı mənfi fikri bu, “beşinci kolon”un fəal üzvləri formalaşdırmağa çalışırlar. Ümumiyyətlə isə bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur.
Biz dəfələrlə müşahidə etmişik ki, özlərinin xalqa yaxın olduqlarını, guya, insanların problemləri ilə maraqlandıqlarını, “qəhrəman” olduqlarını göstərən belə ünsürlər sonda ya qrant aşiqi çıxır, ya fırıldaqçı olur, ya da elə müxalifət daxilindən kiminləsə şəxsi maraqları, ambisiyaları uğrunda davaya qalxırlar. Yəni Mustafa Hacıbəyliləri bu xalq çox görüb, onların səmimiyyəti saxtadır, fəaliyyətləri isə şəxsi maraqları üzərində qurulub. Konkret olaraq son günlərin “fəallarından” olan Mustafa Hacıbəyliyə gəldikdə isə bu adam Nardaran hadisələri zamanı da hüquq-mühafizə orqanlarına atəş açıb öldürən radikal dindarları, az qala, “Çe Gevara” səviyyəsinə qaldırmışdı, özünün saytında gecə-gündüz onların təbliği ilə məşğul olurdu. O yenə də öz ampluasındadır...
Müsavat başqanının qardaşı işğalçı ölkə olan Ermənistanda, eləcə də son vaxtlar Avropanın mərkəzində “sarı jiletlilər” və s. hadisələr zamanı yaşanan insan haqlarının, demokratik dəyərlərin ayaqlanmasına susan Amnesty İnternational-ın Azərbaycanla bağlı müraciətini xüsusi olaraq paylaşıb ölkəmizə qarşı addımların atılması ilə bağlı sevincini də gizlətmir... O, həmçinin hansısa tanınmayan Avropa Parlamenti deputatının Mehmanla bağlı açıqlamasını ayrı-ayrı qruplarda dəfələrlə paylaşır, xaricdən gələn “fəal olmaq” tapşırığını, beləcə, lazımınca yerinə yetirmiş olur. O, Mehmanla əlaqəli bəzi çağırış və bəyanatları paylaşmaqla kifayətlənməyərək ayrı-ayrı şərhlərdə, hətta insanları bu aclıq aksiyası oyunu ətrafında aktiv olmağa çağırır. Amma cəmiyyətdən onun paylaşım və şərhlərinə, fəallığına, təbii ki, sıfır reaksiya gəlir. “Müsavatın cəmiyyətə Mehmanla bağlı çağırışı” adlı yazısını isə cəmi 34 adam bəyənib, reaksiya verib... Belə vəziyyət təsadüfi deyil. Çünki xalq xaricə işləyən belə müxalifətə artıq inanmır.
Qısası, bütün bu fəaliyyəti ona görə xırdalığı ilə açıb göstərdik ki, “beşinci kolon”un fəallarından olan Mustafa Hacıbəyli və digərlərinin fəaliyyəti yalnız özlərini ifşa etməklə nəticələnir.
Xalq kimin kim olduğunu gözəl anlayır, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür və bu inkişafa belə ucuz və iyrənc oyunlarla ləkə yaxmaq isə baş tutmayacaq. Müxalifət çayxanalardan yığışıb, sosial şəbəkələrə daraşandan sonra, nəinki xalqla birliyə nail ola bilmədi, hətta olub-qalan sosial bazalarını da itirdilər. Azərbaycan xalqı müdrik xalqdır, reallıqları görür və yüksək qiymətləndirir. Reallıqlar isə bundan ibarətdir ki, dövlət, iqtidar ilbəil Azərbaycanı daha da irəli aparır, xalqı bu cür kənar təsirlərdən müxtəlif vasitələrlə qoruyur. Müxalifətin son “Mehman şousu” isə onların qrant maraqlarına, ölkəmizi gözdən salmağa xidmət etdi.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info